7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Mədinə ÜST-dən “Sağlam Şəhər” statusunu yenidən aldı

ÜST bu günədək Səudiyyə Ərəbistanında daha 14 şəhərə sağlam şəhər statusu verib. Bu şəhərlərə Taif, Tabuk, Əd-Diriyə, Unayzə, Cəlacəl, Əl-Məndəq, Əl-Cumum, Riyad əl-Xubra və Şarura daxildir.

1 Avqust 2025 10:49
Mədinə ÜST-dən “Sağlam Şəhər” statusunu yenidən aldı

BAKI, AzerVoice — Səudiyyə Ərəbistanının Mədinə şəhəri, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən növbəti dəfə sağlam şəhər kimi akkreditasiyadan keçib. AzerVoice xəbər verir ki, İslamın ikinci müqəddəs şəhəri olan Mədinə bu statusu 80 bal toplayaraq qazanıb.

Mədinə əyalətinin valisi Şahzadə Salman bin Sultan, ÜST tərəfindən verilmiş akkreditasiya sertifikatını səhiyyə naziri Fəhd əl-Cəlacəldən qəbul edib. Təqdimat mərasimi cümə axşamı günü keçirilib.

Şahzadə Salman bildirib ki, bu nailiyyət ölkə rəhbərliyinin şəhərlərdə insanların həyat keyfiyyətini artırmaq istiqamətindəki səylərinin bariz nümunəsidir. O vurğulayıb ki, Mədinə regionu həm regional, həm də beynəlxalq səviyyədə aparıcı inkişaf modeli olaraq transformasiya prosesini davam etdirir və bu, Səudiyyə Ərəbistanının 2030 Vizyonu ilə uyğunluq təşkil edir.

Mədinə hal-hazırda Orta Şərqdə Ciddədən sonra ikinci ən böyük sağlam şəhər kimi mövqeyini möhkəmləndirib.

ÜST tərəfindən belə statusun verilməsi üçün 80-dən çox meyar nəzərə alınır. Bunlara parkların mövcudluğu, gəzinti zonaları, ilkin səhiyyə mərkəzləri və məktəblər vasitəsilə sağlamlığın təşviqi daxildir.

Qeyd edək ki, ÜST bu günədək Səudiyyə Ərəbistanında daha 14 şəhərə sağlam şəhər statusu verib. Bu şəhərlərə Taif, Tabuk, Əd-Diriyə, Unayzə, Cəlacəl, Əl-Məndəq, Əl-Cumum, Riyad əl-Xubra və Şarura daxildir.

Məqalədə: #ÜST #Məkkə və Mədinə #Ciddə #Əmmar ibn Yasir Mədinəyə nə vaxt hicrət etdi? #Ciddə dəniz limanı #Mədinə dövrü surələri #Mədinə #Sağlam Şəhər statusu

Mövzu üzrə digər xəbərlər

Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Səudiyyə Ərəbistanı

Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub

14:07
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı

Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

2 Sentyabr 12:40

Son Xəbərlər

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.