14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada son 24 saatda 90-a yaxın insan həlak olub

Son 24 saatda həyata keçirilən hücumlarda 83 fələstinli ölüb, 554 nəfər isə yaralanıb. Bu rəqəmlərlə birlikdə, martın 18-dən — İsrailin birtərəfli atəşkəsi pozduğu tarixdən bəri ölənlərin sayı 9 min 163-ə, yaralıların sayı isə 35 min 602-yə yüksəlib.

1 Avqust 2025 16:31
Baku
Qəzzada son 24 saatda 90-a yaxın insan həlak olub

BAKI, AzerVoice, Zeynəb Raminqızı

İsrailin Qəzza zolağına hava və quru hücumları nəticəsində son 24 saatda 83 nəfər həyatını itirib.

AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrailin Qəzza zolağına qarşı hücumları sürətlə davam edir.

Son 24 saatda həyata keçirilən hücumlarda 83 fələstinli ölüb, 554 nəfər isə yaralanıb. Bu rəqəmlərlə birlikdə, martın 18-dən — İsrailin birtərəfli atəşkəsi pozduğu tarixdən bəri ölənlərin sayı 9 min 163-ə, yaralıların sayı isə 35 min 602-yə yüksəlib.

Ümumilikdə, 2023-cü ilin oktyabrın 7-dən bəri bölgədə həyatını itirənlərin sayı 60 min 332, yaralananların sayı isə 147 min 643 nəfərə çatıb.

Nazirliyin açıqlamasında bildirilir ki, humanitar yardım bölgələrinə edilən hücumlar da davam edir. Son 24 saat ərzində yardım paylama nöqtələrində baş verən hücumlar zamanı 53 nəfər ölüb, 400 nəfər isə yaralanıb. Bununla da sözdə yardım əməliyyatları çərçivəsində ölənlərin ümumi sayı 1383-ə, yaralıların sayı isə 9218-ə çatıb.

Mayın 27-dən etibarən ABŞ və İsrailin nəzarətində olan Qəzzaya Humanitar Yardım Fondu vasitəsilə həyata keçirilən yardım paylamaları, bölgədəki mülki əhalinin təhlükəsizliyini daha da təhlükə altına alır. BMT-nin xaricində həyata keçirilən bu əməliyyatlar, yardım gözləyən fələstinlilərə qarşı hücumlar səbəbindən beynəlxalq ictimaiyyət tərəfindən “ölüm tələsi” kimi xarakterizə olunur.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #İsrail və Qəzza münaqişəsi #İsrailin Qəzza siyasəti

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.