13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Husilər eks prezident Salehin oğluna edam hökmü çıxarıb

Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan hərbi məhkəmə, ölkənin keçmiş prezidenti Əli Abdullah Salehin oğlu Əhməd Əli Saleh barəsində qiyabi olaraq edam hökmü çıxarıb və onun bütün əmlak və sərvətinin müsadirə olunmasına qərar verib.

2 Avqust 2025 09:30
Baku
Husilər eks prezident Salehin oğluna edam hökmü çıxarıb

BAKI,AzerVoice

Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan hərbi məhkəmə, ölkənin keçmiş prezidenti Əli Abdullah Salehin oğlu Əhməd Əli Saleh barəsində qiyabi olaraq edam hökmü çıxarıb və onun bütün əmlak və sərvətinin müsadirə olunmasına qərar verib.

AzerVoice xəbər verir ki, hökm, onu “xəyanət, düşmənə casusluq və əməkdaşlıq”da ittiham edən “Mərkəzi Hərbi Məhkəmə” tərəfindən elan edilib.

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yaşayan və Ümumxalq Konqresi Partiyasının sədr müavini vəzifəsini icra edən Əhməd Əli Saleh, husilər tərəfindən uzun müddətdir siyasi hədəfə çevrilib.

Qiyabi hökmə səbəb kimi onun son aylarda beynəlxalq sanksiyalardan azad olunmasından sonra Yəmən siyasi səhnəsində və mediada artan fəallığı göstərilir. Husi nəzarətində olan prokurorluq onu xarici qüvvələrlə əməkdaşlıqda və husilərə qarşı mövqe sərgiləməkdə günahlandırır – bu isə qrupun müxaliflərini susdurmaq üçün tez-tez istifadə etdiyi ittihamlardan biridir.

Yəmənli siyasi müşahidəçilər bu qərarı Ümumxalq Konqresi Partiyasının digər rəhbərlərinə də təzyiqin artacağına dair siqnal kimi qiymətləndirirlər. Onların fikrincə, husilər partiya rəhbərliyinə Əhməd Əli Salehdən açıq şəkildə imtina etmələri üçün təzyiq göstərə bilər.

Məqalədə: #Birləşmiş Ərəb Əmirlikləri #BƏƏ #Yəmən #Yəməndə Husiilər 2025 #Yəməndə daxili münaqişələr

Mövzu üzrə digər xəbərlər

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Hakan Fidan Suriyaya səfərə gedib
Suriya

Hakan Fidan Suriyaya səfərə gedib

14:59
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya

İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib

13:02

Son Xəbərlər

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.