12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

HƏMAS İsrailli nazirin Əl-Əqsa məscidinə basqınını pisləyib

HƏMAS, İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlar və İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə təşkil etdiyi basqının beynəlxalq və regional sülh üçün ciddi təhdid yaratdığını bildirib.

3 Avqust 2025 18:41
HƏMAS İsrailli nazirin Əl-Əqsa məscidinə basqınını pisləyib

BAKI, AzerVoice, Səməd Əyyubov – HƏMAS, İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlar və İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə təşkil etdiyi basqının beynəlxalq və regional sülh üçün ciddi təhdid yaratdığını bildirib.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS tərəfindən yayımlanan bəyanatda deyilir.

Bəyanatda bildirilib ki, Ben-Qvirin rəhbərliyi ilə yəhudi qrupların Əl-Əqsaya genişmiqyaslı hücumları bu müqəddəs məkana qarşı cinayətlərin artdığını göstərir.

Bəyanatda Beynəlxalq ictimaiyyətə çağırış edilərək, İsrailin törətdiyi cinayətlərə qarşı ciddi mövqe ortaya qoyulması tələb olunub. Bəyanatda qeyd olunub ki, bu basqınlar Fələstin xalqına, torpaqlarına və müqəddəs məkanlara qarşı davam edən hücumların bir hissəsi və eyni zamanda müsəlmanlara qarşı təxribat xarakterli hərəkətlərdir.

HƏMAS həmçinin vurğulayıb ki, fanatik yəhudilərin İsrail bayraqları ilə Əl-Əqsanın həyətində keçirdiyi yürüşlər bu məkanın yəhudiləşdirilməsinə və onun ərəb-islam kimliyinin dəyişdirilməsinə xidmət edə bilməyəcək.

Bəyanatda həmçinin İsrail hökumətinin Qəzzaya həyata keçirdiyi hücumlar, aclıq siyasəti, İordan çayının qərb sahilində törətdiyi qətllər, eləcə də Qüdsdəki sistematik pozuntularla bölgədəki gərginliyi daha da artırdığı bildirilib.

Qeyd edək ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu səhər yenidən Məsçidül-Əqsaya basqın edib. O, bir çox ərəb və İslam ölkəsinin sərt reaksiyasına baxmayaraq Əl-Əqsa həyətlərinə basqınlarını davam etdirir. Belə yüksək səviyyəli israilli rəsmilərin Əl-Əqsaya etdiyi basqınlar adətən İsrail Baş naziri Binyamin Netanyahunun ofisindən əvvəlcədən razılaşdırılır.

Ben-Qvir 2022-ci ilin sonunda İsrailin Milli Təhlükəsizlik naziri təyin edildiyi vaxtdan bəri Əl-Əqsaya dəfələrlə basqınlar təşkil edib.

1994-cü ildə İsraillə imzalanan Vadi Araba Sazişinə əsasən, İordaniya Qüdsdəki dini işlərə cavabdeh ölkə kimi tanınır. Sazişin 9-cu maddəsində İsrailin, İordaniya Haşimilər Krallığının Qüdsdəki mövcud statusuna hörmət etməli olduğu xüsusi qeyd olunur.

Bu razılaşmaya əsasən, Əl-Əqsa məscidi İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs Məbədlər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin nəzarətindədir. Lakin 2003-cü ildən etibarən yəhudi qruplar bu idarənin icazəsi olmadan, İsrailin birtərəfli qərarı və polis müşayiəti ilə məscidə daxil olmağa başlayıblar. Mövcud status-kvoya əsasən, fanatik yəhudilərin Əl-Əqsa məscidində ibadət etməsinə icazə verilməməlidir, lakin onlar tez-tez polis qoruması altında oraya daxil olaraq bu qaydanı pozurlar.

Məqalədə: #İsrail #HƏMAS #Əl-Əqsa #bəyanat #Məscidül-Əqsa #Əl-Əqsa məscidi #İsrailin Məscidül-Əqsaya məhdudiyyətləri #İtamar Ben Qvir #Məscidül-Əqsaya basqın #Məscidül-Əqsaya məhdudiyyətlər #Qüds İslam Vəqflərinin basqınlara reaksiyası

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.