14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tramp hesab edir ki, Qəzzadakı müharibə soyqırımı deyil

ABŞ prezidenti Donald Tramp Qəzzadakı müharibəni “soyqırımı” kimi görmədiyini bildirib. O, 2023-cü il 7 oktyabrda “Həmas”ın hücumu zamanı “dəhşətli hadisələrin baş verdiyini” vurğulayıb.

4 Avqust 2025 11:28
Baku
Tramp hesab edir ki, Qəzzadakı müharibə soyqırımı deyil

BAKI, AzerVoice, Zeynəb Raminqızı

ABŞ prezidenti Donald Tramp Qəzzadakı müharibəni “soyqırımı” kimi görmədiyini bildirib. O, 2023-cü il 7 oktyabrda “Həmas”ın hücumu zamanı “dəhşətli hadisələrin baş verdiyini” vurğulayıb.

AzerVoice xəbər verir ki, jurnalistlər Trampdan İsrailin 7 oktyabr hücumuna cavabının “soyqırımı” olub-olmadığını soruşduqda, o, “Mən elə düşünmürəm” –deyib.

“Onlar (israillilər) müharibədədir”, -deyən Tramp, 7 oktyabr hücumunun dəhşətlərindən danışıb.

Qəzza ilə bağlı suala cavabında Tramp ABŞ-ın bölgədəki fələstinlilərə ərzaq təmin etmək üçün çalışdığını təkrarlayıb.

“Biz insanlara yemək vermək istəyirik… İsrailin onlara yemək verməsini istəyirik, insanların ac qalmasını istəmirik, aclıqdan ölmələrini istəmirik”-deyə o qeyd edib.

Qəzza Səhiyyə Nazirliyi bazar günü açıqlayıb ki, aclıq və qidalanma çatışmazlığı səbəbindən son 24 saatda 6 nəfər ölüb. Onların hamısı böyüklərdir. Bununla, aclıq və qidalanma çatışmazlığından ölənlərin ümumi sayı 175 fələstinliyə çatıb, onlardan 93-ü uşaqdır.

BMT-yə görə, 7 oktyabr 2023-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan və 22 aydır davam edən dağıdıcı müharibə nəticəsində Qəzza zolağı genişmiqyaslı aclıq təhlükəsi ilə üz-üzədir və tamamilə humanitar yardımlardan asılı vəziyyətdədir. Bu yardımlar ya yük maşınları ilə, ya da havadan atılmaqla çatdırılır.

İsrail, mart ayının əvvəlində bölgəyə tam blokada tətbiq edərək ərzaq, dərman və əsas ehtiyac mallarında kəskin qıtlıq yaradıb. May ayının sonunda isə bəzi yardımların daxil olmasına icazə verib. Bu yardımlar İsrail və ABŞ tərəfindən dəstəklənən “Qəzza Humanitar Fondu” vasitəsilə paylanır. Lakin beynəlxalq yardım təşkilatları bu qurumu etibarlı hesab etmədikləri üçün onunla əməkdaşlıqdan imtina edirlər.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Donald Tramp #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Donald Tramp və Qəzza planı #Qəzzanın bərpası 2025

Mövzu üzrə digər xəbərlər

İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
Livan

İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu

20:42
Yəməndə 93 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə 93 mindən çox insan didərgin düşüb

19:47
İsrail kvadrokopterləri atəşkəsdən sonra Qəzzada azı 60 fələstinlini öldürüb
Fələstin

İsrail kvadrokopterləri atəşkəsdən sonra Qəzzada azı 60 fələstinlini öldürüb

19:34
Makron İraqın Baş naziri ilə Hörmüzdə gərginliyin azaldılmasını müzakirə edib
İraq

Makron İraqın Baş naziri ilə Hörmüzdə gərginliyin azaldılmasını müzakirə edib

19:21

Son Xəbərlər

İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
20:42
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
20:39
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
20:33
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
20:30
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
20:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.