10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Hizbullah silahlarını təhvil vermək üçün vaxt cədvəlini qəbul etməyəcək

Hizbullah, silahlarını təhvil vermək üçün hər hansı bir vaxt cədvəli müəyyən edilməsinə qarşı çıxdığını açıqlayıb. Bu barədə Hizbullahın baş katibi Naim Qasim bildirib.

5 Avqust 2025 20:10
Hizbullah silahlarını təhvil vermək üçün vaxt cədvəlini qəbul etməyəcək

BAKI, AzerVoice, Səməd Əyyubov

Hizbullah, silahlarını təhvil vermək üçün hər hansı bir vaxt cədvəli müəyyən edilməsinə qarşı çıxdığını açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Hizbullahın baş katibi Naim Qasim bildirib.

O qeyd edib ki, İsrailin Livana qarşı hücumları davam etdiyi müddətdə partiya silahlarını təhvil vermək üçün heç bir cədvəli qəbul etməyəcək.

“İsrailin təcavüzü altında icra olunacaq hər hansı vaxt cədvəlini qəbul edə bilmərik” - deyə, Qasim bildirib. O, silahların təhvil verilməsi əvəzinə ölkənin təhlükəsizlik strategiyasının müzakirə edilməsinə çağırıb.

Qasim həmçinin dövlətə müraciət edərək təzyiqlər və hədələr qarşısında müdafiə və qorunma planları hazırlamağı tələb edib və müqaviməti gücsüzləşdirmək əvəzinə ona dəstək verməyin zəruriliyini vurğulayıb.

O, eyni zamanda, Livan və İsrail arasında ötən ilin noyabrında ABŞ vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasına istinad edərək, Hizbullahın heç bir yeni razılaşmaya imza atmadığını bildirib. Qasim xəbərdarlıq edib ki, "əgər İsrail Livana qarşı yeni müharibəyə başlasa, İsrail ərazisinə raketlər yağacaq".

Qeyd edək ki, bu açıqlamalar, Livan prezidenti Cozef Aunun sədrliyi ilə keçirilən iclas fonunda səslənib. İclasın əsas mövzularından biri, dövlətin bütün ərazilərində tam suverenliyini təmin etmək və silahın yalnız dövlətin nəzarətində olmasına dair qərarların icrası olub. Həmçinin, noyabrın 27-də Hizbullah ilə İsrail arasında atəşkəsin tətbiqi ilə bağlı məsələlər də müzakirə olunub.

Adını açıqlamayan Livanlı bir mənbə AFP agentliyinə verdiyi açıqlamada bildirib ki, Vaşinqton Hizbullahın silahlarını müəyyən edilmiş vaxt çərçivəsində təhvil verməsi üçün Beyruta təzyiq göstərir. ABŞ-ın xüsusi nümayəndəsi Tomas Barrak isə Livan hökumətini “silahın yalnız dövlətin əlində olmasına dair öhdəliklərini dərhal yerinə yetirməyə” çağırmışdı.

Hizbullah ötən il İsraillə apardığı uzunmüddətli qarşıdurmadan ciddi itkilərlə çıxıb. Döyüşlər zamanı təşkilatın çoxsaylı komandirləri həlak olub, arsenalının böyük hissəsi məhv edilib. Bu, həm də Hizbullahın Livandakı təsirinin azalmasına səbəb olub.

Həmçinin qeyd edək ki, Livanda 1975–1990-cı illərdə baş verən vətəndaş müharibəsindən sonra bütün silahlı qruplar silahlarını təhvil versə də, Hizbullah hərbi arsenalını saxlayan yeganə təşkilat olaraq qalır. Bu məsələ, dərin dini və siyasi bölünmələrin mövcud olduğu Livanda ən mübahisəli mövzulardan biri sayılır.

Məqalədə: #İsrail #Livan #Hizbullah #Naim Qasim #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #İsrail və Hizbullah müharibəsi #Hizbullahın Livandakı təsiri #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullahın siyasi strategiyası #Cozef Aun #Naim Qasim və Hizbullah #Tomas Barak #Hizbullah silah təhvili məsələsi #vaxt cədvəlinə qarşı çıxış #Livan təhlükəsizlik strategiyası #müdafiə və qorunma planları #müqavimətə dəstək çağırışı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.