11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə İsrailin Qəzzanın işğalına dair qərarını pisləyib

Səudiyyə Ərəbistanı İsrailin Qəzzanın işğal edilməsi ilə bağlı qərarını pisləyib. Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) İsrailin işğalçı fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.

8 Avqust 2025 18:05
Səudiyyə İsrailin Qəzzanın işğalına dair qərarını pisləyib

BAKI, AzerVoice, Səməd Əyyubov

Səudiyyə Ərəbistanı İsrailin Qəzzanın işğal edilməsi ilə bağlı qərarını pisləyib.

AzerVoice xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“İsrail hakimiyyətinin heç bir məhdudiyyət tanımadan qəbul etdiyi bu qeyri-insani fikirlər və qərarlar bir daha göstərir ki, onlar Fələstin xalqının bu torpaqlara olan tarixi və hüquqi bağlılığını anlamır və bu xalqın beynəlxalq hüquq və insani prinsiplərə əsaslanan qanuni haqqını tanımır” - deyə, bəyanatda qeyd olunub.

Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) İsrailin işğalçı fəaliyyətlərini dərhal dayandırmağa çağırıb. Bəyanatda qeyd olunub ki, bu qurumların davam edən acizliyi beynəlxalq nizam və hüququn əsaslarını sarsıdır, regional və qlobal miqyasda sülh və təhlükəsizliyə ciddi təhdid yaradır və soyqırımı ilə zorakı köçürmə kimi dəhşətli cinayətlərə zəmin yaradır.

"İsrailin bu ardıcıl cinayətləri beynəlxalq ictimaiyyəti qətiyyətli mövqe ortaya qoymağa vadar etməlidir. Bu mövqe Fələstin xalqının üzləşdiyi humanitar fəlakətin qarşısının alınmasına və beynəlxalq hüququn dəstəklədiyi iki dövlətli həll yolunun reallaşdırılmasına yönəlməlidir. Bu isə 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması ilə mümkündür və BMT qətnamələrinə əsaslanmalıdır" - deyə, bəyanatda vurğulanıb.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti ötən gün Qəzza şəhərinin işğalı ilə bağlı yeni planı təsdiqləyib. Bu qərar bölgədə gərginliyi daha da artırıb və beynəlxalq aləmdə, o cümlədən Türkiyə və Almaniyada kəskin reaksiyalara səbəb olub.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #BMT #Səudiyyə Ərəbistanı #BMT TŞ #BMT Təhlükəsizlik Şurası #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi

Mövzu üzrə digər xəbərlər

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

10 Sentyabr 20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İordaniya

İran İordaniyadakı ABŞ təyyarələrini vurub

10 Sentyabr 20:16

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.