14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Son 24 Saatda Qəzzada Daha 11 Nəfər Aclıqdan Həyatını İtirib

İsrailin davam edən hücumları və tətbiq etdiyi blokada səbəbindən aclığın hökm sürdüyü Qəzza zolağında son 24 saat ərzində daha 11 fələstinlinin aclıqdan həyatını itirdiyi bildirilib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı bəyanatda İsrailin hücumları nəticəsində son 24 saatda 39 fələstinlinin həlak olduğu, 491 nəfərin isə yaralandığı qeyd olunub. Nazirlik, 19 yanvarda əldə edilmiş atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirilən hücumlar zamanı 9 min 862 fələstinlinin həyatını itirdiyini, 40 min 809 mülki şəxsin isə yaralandığını bildirib.

9 Avqust 2025 14:28
Son 24 Saatda Qəzzada Daha 11 Nəfər Aclıqdan Həyatını İtirib

BAKI, AzerVoice,Nailə Babazadə

İsrailin davam edən hücumları və tətbiq etdiyi blokada səbəbindən aclığın hökm sürdüyü Qəzza zolağında son 24 saat ərzində daha 11 fələstinlinin aclıqdan həyatını itirdiyi bildirilib.

AzerVoice xəbər verir ki,Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı bəyanatda İsrailin hücumları nəticəsində son 24 saatda 39 fələstinlinin həlak olduğu, 491 nəfərin isə yaralandığı qeyd olunub.

Nazirlik, 19 yanvarda əldə edilmiş atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirilən hücumlar zamanı 9 min 862 fələstinlinin həyatını itirdiyini, 40 min 809 mülki şəxsin isə yaralandığını bildirib.

Bəyanatda həmçinin 27 maydan etibarən İsrail və ABŞ-ın təsiri altında fəaliyyət göstərən “Qəzza Humanitar Yardım Fondu”nun nəzarətində olan yardım paylama nöqtələrində baş verən sistemli hücumlar nəticəsində 1793 nəfərin öldüyü, 12 min 590 nəfərin isə yaralandığı qeyd olunub.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə 61 min 369 fələstinlinin həlak olduğu, 152 min 850 nəfərin isə yaralandığı bildirilib. Qeyd olunur ki, hələ də minlərlə cəsəd dağıntılar altında qalıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.