14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İtaliya Baş naziri Melonidən Azadlıq Flotiliyasına qatılan vətəndaşlara qoruma zəmanəti

Fələstinə həmrəylik məqsədilə yola çıxan flotilyaya qatılanlar arasında 4 deputatın da olduğunu xatırladıb. Baş nazir “Qəzzə üçün Qida” kampaniyasını yada salaraq, yardımların mövcud humanitar kanallar vasitəsilə göndərilməsinin daha doğru olduğunu, çünki böhran bölgəsinə səfərin riskləri artırdığını qeyd edib.

6 Sentyabr 2025 10:42
Bakı
İtaliya Baş naziri Melonidən Azadlıq Flotiliyasına qatılan vətəndaşlara qoruma zəmanəti

BAKI,AzerVoice

İtaliya Baş naziri Corcia Meloni, Beynəlxalq Azadlıq Flotioliyasına qatılan İtaliya vətəndaşlarının təhlükəsizliyinin təmin olunacağını açıqlayıb. AzerVoice xəbər verir ki, Meloni sosial şəbəkələrdə etdiyi paylaşımda, hökumətin bu cür hallarda xaricdəki vətəndaşların müdafiəsi üçün hər zaman bütün tədbirləri gördüyünü bildirib.
Meloni, müxalifətdəki Demokratik Partiya (PD) lideri Elli Şlaynin sorğusuna cavab olaraq, Fələstinə həmrəylik məqsədilə yola çıxan flotilyaya qatılanlar arasında 4 deputatın da olduğunu xatırladıb. Baş nazir “Qəzzə üçün Qida” kampaniyasını yada salaraq, yardımların mövcud humanitar kanallar vasitəsilə göndərilməsinin daha doğru olduğunu, çünki böhran bölgəsinə səfərin riskləri artırdığını qeyd edib. Bununla belə, hökumətin vətəndaşların qorunması üçün bütün resurslarını səfərbər edəcəyini vurğulayıb.

BMT-dən tənqid
Roma Senatında çıxış edən BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese isə Meloninin açıqlamasını tənqid edib. O, “İtaliya, vətəndaşlarını riskə atmaq əvəzinə, beynəlxalq sazişlərdən doğan məsuliyyəti yerinə yetirərək Qəzzənin blokadasına qarşı öz gəmilərini göndərməlidir” deyib. Albanese həmçinin İsrailin Aralıq dənizi və ya Qəzza sularında hər hansı mülki gəmini dayandırmaq hüququ olmadığını bildirib.
İtaliyada dəstək aksiyaları keçirilir
Ölkənin müxtəlif şəhərlərində Fələstinə və Sumud Filosuna dəstək yürüşləri keçirilib. Belə ki, Milanda minlərlə insanın qatıldığı aksiyada iştirakçılar Fələstin bayraqları ilə Qəzzaya həmrəylik nümayiş etdiriblər.

Azadlıq Filosunun məqsədi
Beynılxaq Azadlıq Flotoliyasının məqsədi İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq və Fələstinə beynəlxalq həmrəylik göstərməkdir. 44-dən çox ölkənin dəstəklədiyi bu təşəbbüs çərçivəsində flotilya 31 avqustda Barselonadan yola çıxıb. Eyni gün İtaliyanın Cenova limanından da 300 ton yardım yüklü gəmilər flotilyaya qoşulub.

Məqalədə: #Qəzza #Giorgia Meloni Kimdir? #Qəzza zolağı #Giorgia Meloni #Qəzza hücumu #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #İsrail cinayətləri #Donald Tramp və Qəzza planı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzanın yenidənqurma xərcləri #Donald Tramp Qəzzə planı #Azadlıq Flotiliyası #Beynəlxalq Azadlıq Flotioliyası

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.