10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Livanın Cənubuna hava zərbələri endirib

İsrail ordusu Cənubi Livana zərbələrini genişləndirərək Mays əl-Cəbal, Kfar Tebnit, Dəbbinə, əl-Çehabiyə və Bürc Qallaviyə qəsəbələrinə hücumlar təşkil edib. Noyabrda ABŞ vasitəçiliyi ilə imzalanan atəşkəsə baxmayaraq, İsrail son aylarda İran tərəfindən dəstəklənən Hizbullaha qarşı sərhədboyu hücumlarını davam etdirir.

19 Sentyabr 2025 12:49
İsrail Livanın Cənubuna hava zərbələri endirib

BAKI,AzerVoice, Fərid Mikayılov

İsrail ordusu Cənubi Livana zərbələrini genişləndirərək Mays əl-Cəbal, Kfar Tebnit, Dəbbinə, əl-Çehabiyə və Bürc Qallaviyə qəsəbələrinə hücumlar təşkil edib.

AzerVoice xəbər verir ki, zərbələrdən əvvəl sakinlərə təxliyə xəbərdarlığı edilib ki, bu da panikaya və kütləvi köçə səbəb olub.

İsrail ordusu binaların “Hizbullah tərəfindən istifadə olunduğunu” iddia edir.

Noyabrda ABŞ vasitəçiliyi ilə imzalanan atəşkəsə baxmayaraq, İsrail son aylarda İran tərəfindən dəstəklənən Hizbullaha qarşı sərhədboyu hücumlarını davam etdirir.

Baş nazir Nəvaf Salam İsrailin eskalasiyasını pisləyərək, ölkəsinin atəşkəsə sadiq qaldığını vurğulayıb. Baş nazir beynəlxalq ictimaiyyəti, İsrailə təzyiq göstərməyə çağırıb.

“İsrail dərhal hücumlarını dayandırmalı, atəşkəs mexanizminə qayıtmalı, işğal altında saxladığı ərazilərdən çıxmalı və əsirləri azad etməlidir”- deyə o bildirib.

Livan prezidenti Cozef Aun isə İsrailin hərbi əməliyyatlarını “aşkar suverenlik pozuntusu” adlandırıb.

Livan ordusu açıqlayıb ki, İsrail atəşkəs imzalandıqdan bəri təxminən 4 min 500 dəfə pozuntu edib. Ordunun bəyanatında bildirilib ki, bu hücumlar onun Cənubdakı yerləşdirilməsini əngəlləyir.

Son ayların ən böyük gərginliyində İsrail əvvəlcə Mays əl-Cəbal, Kfar Tebnit və Dəbbinə sakinlərinə xəbərdarlıq göndərib, bir saat sonra isə hava zərbələri endirib. Daha sonra oxşar xəbərdarlıqlar əl-Çehabiyə və Bürc Qallaviyəyə də edilib.

Məqalədə: #İsrail #Tel-Əviv #Livan #Beyrut #Hizbullah #Livan ordusu #İsrail və Livan münaqişəsi #İsrailin Livandan geri çəkilməsi #Livan-İsrail gərginliyi #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Cözef Aun və Hizbullah

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.