4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Yəmənin paytaxtı Sənanı bombalayıb

İranın dəstəklədiyi Yəməndəki husilər, İsrailin paytaxt Səna şəhərindəki elektrik stansiyası və yaşayış məhəllələrinə hava hücumları nəticəsində 8 nəfərin həlak olduğunu, 142 nəfərin isə yaralandığını bildiriblər. Husilərin nəzarətində olan SABA xəbər agentliyində yer alan xəbərə görə, İsrail ordusunun Sənaya yenidən hava hücumları təşkil etdiyi bildirilib. Husilərə bağlı Əl-Məsirə televiziya kanalının xəbərində isə deyilir: "İsrailin Sənaya yönəlmiş hava hücumlarında Zahban elektrik stansiyası və yaşayış məhəllələri hədəf alınıb."

25 Sentyabr 2025 17:31
İsrail Yəmənin paytaxtı Sənanı bombalayıb

BAKI, AzerVoice, Nailə Babazadə

İranın dəstəklədiyi Yəməndəki husilər, İsrailin paytaxt Səna şəhərindəki elektrik stansiyası və yaşayış məhəllələrinə hava hücumları nəticəsində 8 nəfərin həlak olduğunu, 142 nəfərin isə yaralandığını bildiriblər.

Husilərin nəzarətində olan SABA xəbər agentliyində yer alan xəbərə görə, İsrail ordusunun Sənaya yenidən hava hücumları təşkil etdiyi bildirilib.

Husilərə bağlı Əl-Məsirə televiziya kanalının xəbərində "İsrailin Sənaya yönəlmiş hava hücumlarında Zahban elektrik stansiyası və yaşayış məhəllələri hədəf alınıb." - deyə qeyd edilib.

Xəbərdə qeyd edilir ki, hava hücumları ilə vurulan məhəllələr Muin, ən-Nahdeyn və Hadde bölgələrində yerləşir.

Husilərə bağlı Yəmən Səhiyyə Nazirliyinin verdiyi açıqlamada İsrailin sözügedən hücumlarında 8 nəfərin öldüyü, 142 nəfərin yaralandığı bildirilir.

Açıqlamada həmçinin qeyd edilib ki, İsrailin hava hücumu baş verdiyi məhəllələrdə axtarış-xilasetmə işləri davam edir.

İsrail ordusunun verdiyi yazılı açıqlamada isə husilərə aid “hərbi hədəflərə qarşı genişmiqyaslı hücum” təşkil edildiyi bildirilib.

Çoxsaylı qırıcı təyyarələrin iştirak etdiyi hücumlarda husilərə məxsus qondarma Baş Qərargah idarəetmə mərkəzinin də hədəf alındığı qeyd olunub.

İsrailin Müdafiə naziri Yisrael Katz isə ABŞ-ın X sosial media platformasındakı hesabında Sənaya edilən hücumla bağlı yazılı açıqlama yayıb.

Sənada "husilərə aid çoxsaylı hədəfi" bombaladıqlarını bildirən Katz, çox sayda pilotsuz uçuş aparatı (PUA) və silah anbarlarını məhv etdiklərini iddia edib.

Husilər dünən İsrailin cənubundakı Eylat şəhərinə partlayıcı yüklü PUA ilə hücum təşkil etmiş, nəticədə onlarla insan yaralanmışdı.

Məqalədə: #İsrail #Yəmən #Yəmən atəşkəsi pozuldu #Yəmən humanitar böhranı 2025 #Yəməndə dini manipulyasiya #Yəmən və beynəlxalq təhlükəsizlik #Yəmən əməliyyatı məlumatı

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.