13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Fələstin Trampın Qəzza planını alqışlayıb

Fələstin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “Qəzza Münaqişəsini Sonlandıracaq Genişmiqyaslı Plan”ı müsbət qarşılayıb. Fələstin Dövlət Prezidentliyinin yazılı açıqlamasında bildirilib ki, Trampın Qəzzadakı müharibənin dayandırılması istiqamətində göstərdiyi təşəbbüs məmnuniyyətlə qarşılanır.

30 Sentyabr 2025 09:30
Fələstin Trampın Qəzza planını alqışlayıb

BAKI,AzerVoice, Fərid Mikayılov

Fələstin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “Qəzza Münaqişəsini Sonlandıracaq Genişmiqyaslı Plan”ı müsbət qarşılayıb.

AzerVoice xəbər verir ki, bölgədə ədalətli sülhün bərqərar olması üçün ABŞ, region ölkələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bəyan edib.

Fələstin Dövlət Prezidentliyinin yazılı açıqlamasında bildirilib ki, Trampın Qəzzadakı müharibənin dayandırılması istiqamətində göstərdiyi təşəbbüs məmnuniyyətlə qarşılanır.

“Fələstin rəhbərliyi ABŞ Prezidentinin sülhə aparan bir yol tapacağına inanır və müharibənin sonlanması üçün konstruktiv əməkdaşlığa hazırdır” — deyə açıqlamada qeyd olunub.

Bəyanata görə, Qəzza ilə bağlı əldə ediləcək razılaşma torpaq ilhaqını və fələstinlilərin məcburi köçürülməsini önləməli, beynəlxalq hüquqa zidd birtərəfli addımlara son qoymalı, İsrailin Qəzzadan tamamilə çəkilməsini təmin etməlidir. Bununla yanaşı, Qəzza zolağı, Şərqi Qüds və İordan çayının qərb sahilindəki ərazilərin vahid idarəetmə altında birləşdirilməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, Ağ Ev Trampın hazırladığı 20 maddəlik planı elan edib. ABŞ Prezidenti planın qəbul olunacağı halda müharibənin dərhal dayandırılacağını, İsrailin Qəzzadan mərhələli şəkildə geri çəkiləcəyini, HƏMAS-ın prosesdə rol almayacağını və bütün əsirlərin azad ediləcəyini bəyan edib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Tel-Əviv #Donald Tramp #HƏMAS #QÜDS #Vaşinqton #İsrail və Fələstin münaqişəsi 2025 #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya

İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib

13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraq

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb

10:17
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00

Son Xəbərlər

İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.