11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Hizbullah HƏMAS-dan dərs almalıdır - Samir Caca

Livan “Lübnan Qüvvələri” Partiyasının sədri Samir Caca çərşənbə axşamı bildirib ki, Hizbullah HƏMAS-ın Qəzza zolağında yaşadığı təcrübədən dərs çıxarmalı və silahını mümkün qədər tez bir zamanda dövlətə təhvil verməlidir.

8 Oktyabr 2025 10:16
Hizbullah HƏMAS-dan dərs almalıdır - Samir Caca

BAKI,AzerVoice

Livan “Lübnan Qüvvələri” Partiyasının sədri Samir Caca çərşənbə axşamı bildirib ki, Hizbullah HƏMAS-ın Qəzza zolağında yaşadığı təcrübədən dərs çıxarmalı və silahını mümkün qədər tez bir zamanda dövlətə təhvil verməlidir.
Caca uzun illərdir ölkə daxilində Hizbullahın silahsızlaşdırılmasını tələb edən əsas fiqurlardan biridir və Qərb dairələri ilə sıx münasibətləri ilə tanınır. Bu səbəbdən onun açıqlamaları təkcə siyasi mövqe deyil, həm də mövcud məlumatlara əsaslanan xəbərdarlıq kimi qiymətləndirilir.

Ötən ay ABŞ-ın Suriya üzrə elçisi Tomas Barak xəbərdarlıq etmişdi ki, əgər Hizbullahın silahsızlaşdırılması həyata keçirilməsə, yeni ilin əvvəlində vəziyyət dəyişəcək. Bu bəyanat Livanda İsraillə yeni və daha dağıdıcı müharibə ehtimalına dair qorxular doğurub.

“Əminəm ki, Hizbullah baş verənlərdən dərs almalıdır. Bu, onun silahını dövlətə ən qısa zamanda təhvil verməsi üçün əlavə bir səbəbdir. Vaxt itirmək günahdır.”-deyə Caca qeyd edib.

Hazırda İsrail və HƏMAS arasında Misirdə dolayı danışıqlar davam edir. ABŞ prezidenti Donald Trampın ötən həftə açıqladığı plana əsasən, atəşkəsin dərhal elan edilməsi, Həmasın silahsızlaşdırılması və onun Qəzzə idarəçiliyində iştirakının qarşısının alınması nəzərdə tutulur. Bu plan iki illik dağıdıcı müharibədən sonra bölgədə yeni mərhələ açmağı hədəfləyir.

Cacanın fikrincə, Hizbullahın hazırkı davranışı onu siyasi prosesdən kənarda qoyur. O qeyd edib ki, partiya rəhbərliyi “silahı təhvil verməkdən imtina etməklə populizmə meyl etməkdir”

“Açığı, onların nə etdiyini başa düşmürəm. Dəstək müharibəsinin məqsədi də aydın deyildi... 7 oktyabrda nə etdiklərini, nəyə əsaslandıqlarını və hara çatdıqlarını anlamadım,” - deyə Caca bildirib.

O vurğulayıb ki, Hizbullahın başqa çıxış yolu yoxdur - silahını dövlətə verməlidir, çünki “artıq qərarı dövlət verib”.

Məqalədə: #Livan #Livan xəbərləri #Hizbullahın Livandakı təsiri #Hizbullahın silahsızlaşdırılması #Hizbullahın hərbi zəifləməsi #Hizbullahın tərksilahı #Samir Caca #Samir Caca açıqlaması #Livan Qüvvələri lideri Samir Cacanın Hizbullahın silahlı varlığına dair xəbərdarlığı #Livanda qeyri-dövlət aktorlarının varlığı və suverenliyə təsiri haqqında Samir Cacanın mövqeyi #Cacanın Körfəz ölkələri və ABŞ dəstəyinin itirilməsi ilə bağlı xəbərdarlığı #Suriya və Livan münasibətlərində Hizbullahın yaratdığı diplomatik gərginlik

Mövzu üzrə digər xəbərlər

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

10 Sentyabr 20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İordaniya

İran İordaniyadakı ABŞ təyyarələrini vurub

10 Sentyabr 20:16

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.