14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Bərqutinin azadlığa buraxılmasından və Yəhya ilə Məhəmməd Sinvarın cəsədlərinin təhvil verilməsindən imtina edib

İsrail hökumətinin sözçüsü Şuş Bədrisyan cümə axşamı bildirib ki, Qəzza zolağında əldə olunan atəşkəs və girov-məhbus mübadiləsi razılaşması Fəth hərəkatının tanınmış lideri Mərvan Bərqutini əhatə etməyəcək. Bu haqda Bədrisyan mətbuat konfransında Bərqutinin taleyi ilə bağlı suala cavab verən deyib. “Bu mərhələdə o, mübadiləyə daxil olmayacaq.”-deyə o qeyd edib.

10 Oktyabr 2025 15:27
İsrail Bərqutinin azadlığa buraxılmasından və Yəhya ilə Məhəmməd Sinvarın cəsədlərinin təhvil verilməsindən imtina edib

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail hökumətinin sözçüsü Şuş Bədrisyan cümə axşamı bildirib ki, Qəzza zolağında əldə olunan atəşkəs və girov-məhbus mübadiləsi razılaşması Fəth hərəkatının tanınmış lideri Mərvan Bərqutini əhatə etməyəcək.

AzerVoice xəbər verir ki, bu haqda Bədrisyan mətbuat konfransında Bərqutinin taleyi ilə bağlı suala cavab verən deyib.

“Bu mərhələdə o, mübadiləyə daxil olmayacaq.”-deyə o qeyd edib.

Daha əvvəl danışıqlara yaxın mənbələr bildirmişdilər ki, HƏMAS ABŞ Prezidenti Donald Trampın planının birinci mərhələsi çərçivəsində azad ediləcək məhbusların siyahısına Mərvan Bərqutinin də daxil edilməsini tələb edib.

İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlarda razılaşdırılıb ki, Qəzzada saxlanılan 48 israilli girovun azadlığı müqabilində İsrail təxminən 2000 fələstinli məhbusu azad edəcək.

“Nazirlər Kabinetinin iclasından 24 saat sonra (GMT 14:00-dan etibarən) Qəzzada atəşkəs qüvvəyə minəcək. Sazişin birinci mərhələsinin yekun mətni bu səhər Misirdə bütün tərəflər tərəfindən imzalanıb.”-deyə Bədrisyan əlavə edib.

ABŞ-ın “CNN” telekanalı İsrail rəsmilərinə istinadla xəbər verib ki, Qəzza razılaşması çərçivəsində HƏMAS liderləri Yəhya və Məhəmməd Sinvarın cəsədləri İsrail tərəfindən təhvil verilməyəcək.

Məlumata görə, hələlik azad ediləcək fələstinli məhbusların yekun siyahısı razılaşdırılmayıb. İsrail mənbəsi “CNN”ə bildirib ki, HƏMAS bəzi məhbusların azad edilməsini tələb edir, lakin İsrail qətl törətməkdə ittiham olunan məhbusların sərbəst buraxılmasına qarşı çıxır. Onların İordan çayının qərb sahəsinə qaytarılmayacağı və üçüncü ölkəyə köçürülüb-köçürülməyəcəklərinin hələ müəyyən edilmədiyi qeyd olunub.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Yəhya Sinvar #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İsrail və HƏMAS müharibəsi

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.