12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada 20 min partlamamış sursat və 70 milyon ton dağıntı aşkarlanıb

Qəzzadakı hökumət, İsrailin iki il ərzində həyata keçirdiyi intensiv hava və quru hücumlarının bölgəni “ən böyük humanitar fəlakət”lə üz-üzə qoyduğunu açıqlayıb. Hökumətin Media Ofisinin məlumatına görə, İsrailin hücumları nəticəsində Qəzza zolağında 70 milyon tonadək dağıntı qalıb. Açıqlamada həmçinin bölgədə 20 min partlamamış sursatın təhlükə yaratdığı və onların zərərsizləşdirilməsi üçün xüsusi təlim keçmiş beynəlxalq ekspert qruplarına ehtiyac olduğu vurğulanıb.

16 Oktyabr 2025 17:31
Qəzzada 20 min partlamamış sursat və 70 milyon ton dağıntı aşkarlanıb

BAKI, AzerVoice, Nailə Babazadə

Qəzzadakı hökumət, İsrailin iki il ərzində həyata keçirdiyi intensiv hava və quru hücumlarının bölgəni “ən böyük humanitar fəlakət”lə üz-üzə qoyduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, hökumətin Media Ofisinin məlumatına görə, İsrailin hücumları nəticəsində Qəzza zolağında 70 milyon tonadək dağıntı qalıb. Açıqlamada həmçinin bölgədə 20 min partlamamış sursatın təhlükə yaratdığı və onların zərərsizləşdirilməsi üçün xüsusi təlim keçmiş beynəlxalq ekspert qruplarına ehtiyac olduğu vurğulanıb.

Bəyanatda bildirilib ki, İsrailin iki ildən artıq davam edən hücumları nəticəsində Qəzza son onilliklərin ən ağır dağıntıları ilə üzləşib:

“Hökumətin 15 oktyabr tarixinə qədər əldə etdiyi məlumatlara görə, Qəzza zolağında 65–70 milyon ton arası dağıntı qalıb. Bu dağıntı İsrailin birbaşa hədəfə alaraq məhv etdiyi minlərlə ev, müəssisə və infrastruktur obyektlərindən ibarətdir. Qəzza indi tikinti və ekoloji baxımdan tamamilə fəlakət zonasına çevrilib.”

Açıqlamada həmçinin bildirilib ki, enkazların təmizlənməsi işləri də ciddi çətinliklərlə üzləşəcək, çünki İsrailin yaratdığı maneələr səbəbindən ağır texnika və xüsusi avadanlıqların bölgəyə daxil olmasına icazə verilmir. Tel-Əviv administrasiyasının sərhəd qapılarını bağlı saxladığı və dağıntılar altındakı cəsədlərə çatmaq üçün zəruri avadanlıqların girişinə də icazə vermədiyi qeyd olunub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə aparılan danışıqlarda İsrail və HƏMAS arasında atəşkəs planının ilk mərhələsinin razılaşdırıldığını açıqlamışdı. Razılaşma İsrail hökumətinin təsdiqi ilə 10 oktyabrda qüvvəyə minib və həmin gün saat 12:00-dan etibarən Qəzza zolağında atəşkəs elan olunub.

Rəsmi məlumatlara əsasən, İsrailin iki il davam edən hücumları nəticəsində 67 min 967 fələstinli həlak olub, 170 min 179 nəfər isə yaralanıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya

Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir

13:01
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi

09:45

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.