10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

ABŞ atəşkəsin pozulmasında işğalçını deyil, qurbanı ittiham edir - HƏMAS

“HƏMAS” hərəkatı bazar günü ABŞ Dövlət Departamentinin bəyanatını qəti şəkildə rədd edib. Vaşinqton bəyanatında hərəkatın “İsraillə atəşkəs razılaşmasını yaxın günlərdə pozacağına dair etibarlı məlumatlar” olduğunu iddia etmişdi.

19 Oktyabr 2025 11:38
ABŞ atəşkəsin pozulmasında işğalçını deyil, qurbanı ittiham edir - HƏMAS

BAKI, AzerVoice

“HƏMAS” hərəkatı bazar günü ABŞ Dövlət Departamentinin bəyanatını qəti şəkildə rədd edib. Vaşinqton bəyanatında hərəkatın “İsraillə atəşkəs razılaşmasını yaxın günlərdə pozacağına dair etibarlı məlumatlar” olduğunu iddia etmişdi.

“HƏMAS”ın rəsmi açıqlamasında qeyd olunur ki, bu iddialar tam şəkildə İsrailin yalan və manipulyativ təbliğatı ilə üst-üstə düşür və “işğalçı qüvvələrin fələstin xalqına qarşı törətdiyi cinayətlərə və sistemli təcavüzə siyasi örtük yaratmaq məqsədi daşıyır.”

Bəyanatda vurğulanır ki, məhz İsrail hakimiyyəti regionda silahlı cinayətkar dəstələri təşkil edib, silahlandırıb və maliyyələşdirib. Bu qrupların fələstinli mülki şəxslərə qarşı qətl, oğurluq və humanitar yardım karvanlarına hücumlar həyata keçirdiyi bildirilib.

HƏMAS ABŞ administrasiyasını İsrailin yalan narrativini təkrarlamamağa və onun atəşkəs razılaşmasını pozan hərəkətlərinə, silahlı dəstələrə dəstək verməsinə və onlara sığınacaq təmin etməsinə son qoymağa çağırıb.

Hərəkat bəyan edib ki, Fələstin xalqına qarşı təcavüzlərə göz yuman və işğalçıya siyasi dəstək verən hər hansı bəyanat regionda sabitliyə deyil, gərginliyin dərinləşməsinə xidmət edir.

Məqalədə: #HƏMAS #ABŞ Dövlət Departamenti #Vaşinqton #HƏMAS və Hizbullah əlaqələri #İsrail cinayətləri #İsrail və HƏMAS müharibəsi #HƏMAS girovları #Dövlət Departamenti Fələstin qərarı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.