14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Silahın yalnız dövlətin əlində cəmlənməsi qərarından geri dönüş yoxdur - Livan baş naziri

Livanın Baş naziri Nəvvaf Səlam cümə günü bildirib ki, hökumət Fələstin düşərgələrindəki silahlanma məsələsi ilə bağlı ciddi addımlar atıb və bir daha vurğulayıb ki, silah yalnız dövlətin əlində olacaq və bu mövzuda geri dönüş yoxdur. Rəsmi “Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, bunu Səlam təhlükəsizlik vəziyyəti və silahın təkcə dövlət tərəfindən idarə olunmasına dair sualı cavablandıraraq deyib.

31 Oktyabr 2025 15:33
Silahın yalnız dövlətin əlində cəmlənməsi qərarından geri dönüş yoxdur - Livan baş naziri

BAKI, AzerVoice, Nailə Babazadə

Livanın Baş naziri Nəvvaf Səlam cümə günü bildirib ki, hökumət Fələstin düşərgələrindəki silahlanma məsələsi ilə bağlı ciddi addımlar atıb və bir daha vurğulayıb ki, silah yalnız dövlətin əlində olacaq və bu mövzuda geri dönüş yoxdur.

AzerVoice xəbər verir ki, rəsmi “Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, bunu Səlam təhlükəsizlik vəziyyəti və silahın təkcə dövlət tərəfindən idarə olunmasına dair sualı cavablandıraraq deyib.

“Qərar qəbul edilib, ordu bizə icra planını təqdim edib və bir həftədən az müddətə ordu komandanından yeni hesabat gözlənilir. Silahın dövlətin əlində cəmləşdirilməsi qərarından geri dönüş yoxdur.Fələstin düşərgələrindəki silahlarla bağlı ciddi addımlar atmışıq və artıq 20-dən çox yük maşını dolu ağır silah təhvil verilib. Bu proses davam edir və hələ başa çatmayıb.”-deyə o bildirib.

Livan Baş naziri ölkədə növbəti parlament seçkilərinin konstitusion müddətində keçiriləcəyini təsdiqləyib və bunun “müzakirə mövzusu olmadığını” bildirib.

Səlam həmçinin İsrailin Livana qarşı “esklasiyası” məsələsinə toxunub.

“Ölkəmiz atəşkəsin Monitorinq Komissiyası, eləcə də ərəb və beynəlxalq əlaqələr vasitəsilə bütün imkanlarımızı səfərbər edir ki, İsrail pozuntularını dayandıraq və düşmənçilik əməliyyatlarının dayandırılması razılaşmasına qayıdaq.”-deyə o əalvə edib.

Livan Səhiyyə Nazirliyi bildirib ki, cümə axşamı gününün əvvəlində İsrail qüvvələrinin cənubdakı Bleydə (Bleyda) qəsəbəsinə daxil olması zamanı bir mülki şəxs güllələnərək öldürülüb. Bu hadisədən sonra Livan Prezidenti Cozef Aun, ordu komandanı Rudolf Heykə cənubda baş verən hər hansı İsrail daxilolmalarının qarşısının alınması göstərişi verib.

İsrail ordusu isə bildirib ki, onların qüvvələri “Hizbullahın infrastrukturunu məhv etmək” əməliyyatı çərçivəsində Bleyda qəsəbəsindəki bir binada “şübhəli şəxsi” aşkar ediblər və “dövüşçülərə birbaşa təhlükə yarandığı üçün atəş açılıb”.

Keçən ilin noyabrında ABŞ vasitəçiliyi ilə İsrail və “Hizbullah” arasında atəşkəs əldə edilmişdi. Lakin razılaşmaya baxmayaraq İsrail hələ də Livanın cənubundakı bəzi mövqelərə nəzarəti davam etdirir və ölkənin cənub və şərq bölgələrinə hücumlar həyata keçirərək “Hizbullahı” atəşkəsi pozmaqda ittiham edir.

Məqalədə: #Qəzza #Fələstin #Qəzza zolağı #Livan #Qəzza hücumu #İsrail və Livan münaqişəsi #Qəzza münaqişəsi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.