10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsı Qabbard bildirib ki, Qəzza sektorunda atəşkəsin müşahidəsi çətin və daha çox ünsiyyət, koordinasiya və şəffaflıq tələb edən işdir. Qabbard verdiyi açıqlamada və ABŞ-ın idarə etdiyi Hərbi-Vətəndaş Koordinasiya Mərkəzinə gözlənilməz səfəri zamanı “illərdir görünməyən dərəcədə, yalnız İsraildə deyil, bütövlükdə Yaxın Şərqdə real ümid hissi olduğunu” deyib. O, bu mərkəzi “müştərək maraqlar naminə ölkələrin birləşməsinin nə gətirə biləcəyinin canlı nümunəsi” adlandırıb və bunun gələcək nəsillər üçün dayanıqlı sülh imkanını yarada biləcəyini söyləyib.

4 Noyabr 2025 09:39
Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

BAKI,AzerVoice, Nailə Babazadə

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsı Qabbard bildirib ki, Qəzza sektorunda atəşkəsin müşahidəsi çətin və daha çox ünsiyyət, koordinasiya və şəffaflıq tələb edən işdir.

AzerVoice xəbər verir ki, Qabbard verdiyi açıqlamada və ABŞ-ın idarə etdiyi Hərbi-Vətəndaş Koordinasiya Mərkəzinə gözlənilməz səfəri zamanı “illərdir görünməyən dərəcədə, yalnız İsraildə deyil, bütövlükdə Yaxın Şərqdə real ümid hissi olduğunu” deyib.

O, bu mərkəzi “müştərək maraqlar naminə ölkələrin birləşməsinin nə gətirə biləcəyinin canlı nümunəsi” adlandırıb və bunun gələcək nəsillər üçün dayanıqlı sülh imkanını yarada biləcəyini söyləyib.

Qabbardın səfəri ABŞ qüvvələrinin Qəzza üzrə atəşkəs razılaşmasının ikinci mərhələsini planlaşdırdığı və həyata keçirdiyi dövrə təsadüf edib.

Eyni vaxtda İsrail baş naziri Benyamin Netanyahunun Rafah tunellərində “sarı xətt” ərazisində ilişib qalmış təxminən 200 HƏMAS döyüşçüsünün Qəzzadan çıxarılmasına ilkin razılıq verməsi hökumət daxilində və müxalifətdə kəskin etirazlara səbəb olub. Maliyyə naziri Betsalel Smotriç qərarı “təhlükəsizlik baxımından səhv” adlandırıb.

ABŞ, Misir və Qətər vasitəçiləri Netanyahunu geri çəkilməməyə çağırır, onların fikrincə HƏMAS döyüşçülərinin təhlükəsiz azad edilməsi Tramp administrasiyasının planının ilk mərhələsinin uğurlu tamamlanması və ikinci mərhələyə keçid üçün əhəmiyyətli addımdır. Lakin Tel-Əvivdə yaranmış qəzəb fonunda hökumət mənbələri vasitəçilərin tələbinə razılıq verildiyi barədə məlumatı təkzib ediblər.
Hərbi dairələrdən verilən şərhlərə görə, Baş Qərargah rəisi Eyal Zamir “mövqeyi qəti və aydındır: bu terrorçuların hamısı məhv edilməlidir”. Rəsmi Kan-11 televiziya kanalı əvvəllər yayıb ki, Netanyahu razılıq verərsə, tunellərdə ilişmiş HƏMAS üzvlərinə silahsız halda Qəzzaya qayıtmağa icazə verilə bilər.

Məqalədə: #Qəzza #Benyamin Netanyahu #Qəzza zolağı #ABŞ #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzada müharibədən sonrakı vəziyyət #Fələstin torpaqları və Qəzza gələcəyi #Qəzza və Fələstin mövqeyi

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.