11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qətər 2025-ci ildə regionda ən aşağı istiqraz və sukuk gəlirliliyi ilə lider oldu

Qətər bu il regionda istiqraz və sukuk buraxılışlarında ən aşağı gəlirliliklə lider mövqeyini tutub. Maliyyə Nazirliyinin dünən “X” platformasında paylaşdığı məlumata görə, ölkə 2025-ci ildə Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə bütün istiqraz və sukuk emitentləri arasında ən aşağı gəlir ödəyən emitent olub.

11 Noyabr 2025 13:18
Qətər 2025-ci ildə regionda ən aşağı istiqraz və sukuk gəlirliliyi ilə lider oldu

BAKI, AzerVoice, Nailə Babazadə

Qətər bu il regionda istiqraz və sukuk buraxılışlarında ən aşağı gəlirliliklə lider mövqeyini tutub.

AzerVoice xəbər verir ki, Maliyyə Nazirliyinin dünən “X” platformasında paylaşdığı məlumata görə, ölkə 2025-ci ildə Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə bütün istiqraz və sukuk emitentləri arasında ən aşağı gəlir ödəyən emitent olub.

“Buraxılış böyük maraq yaradaraq $13,5 milyardlıq sifariş toplayıb ki, bu da emissiya həcmini 3,4 dəfə üstələyib”-deyə nazirliyin məlumatında bildirilir.

Qətərin sabit və güclü iqtisadiyyatı sürətli templə inkişaf edir və qlobal investorların yüksək etimadını qazanır. Dünyanın aparıcı şirkətlərinin Qətəri regional biznes mərkəzi kimi seçməsi, ölkənin regionun əsas iqtisadi və investisiya məntəqəsindən birinə çevrilməsi prosesini daha da gücləndirir.
Son illərdə həyata keçirilən təşəbbüslər, irimiqyaslı layihələr və böyük beynəlxalq tədbirlər Qətərin sosial və iqtisadi inkişafının davam etdiyini göstərir. Ölkə həm yerli, həm də xarici sərmayədarlar üçün təhlükəsiz biznes mühiti yaratmaq məqsədilə hüquqi və tənzimləyici çərçivələri beynəlxalq standartlara uyğunlaşdırıb.

Nazirliyin məlumatına görə, emissiya çərçivəsində $1 milyardlıq üçillik istiqraz (3,625 faiz kupon dərəcəsi) və $3 milyardlıq onillik sukuk (4,25 faiz kupon dərəcəsi) yerləşdirilib.

Həmçinin Qətərin yüksək suveren kredit reytinqləri vurğulanıb – ölkə Moody’s, S&P və Fitch tərəfindən müvafiq olaraq Aa2 / AA / AA sabit proqnozla qiymətləndirilir.

Son günlər Qətər Beynəlxalq İslam Bankı (QIIB), Moody’s tərəfindən A2, Fitch tərəfindən isə “A” reytinqi ilə qiymətləndirilən qurum, 5 illik müddətə $500 milyon dəyərində təminatsız senior sukukun uğurla yerləşdirildiyini açıqlayıb. Emissiya bankın $2 milyardlıq mövcud Trust Certificate proqramı çərçivəsində, Regulation S qaydalarına əsasən həyata keçirilib.

Sifarişlərin həcmi $2 milyardı keçərək buraxılışı dörd dəfə üstələyib. Bu fakt QIIB-ə olan inamı və Qətər iqtisadiyyatının davamlı gücünü bir daha təsdiqləyir.

Bundan başqa, Moody’s Qətərin Global Sukuk Ventures şirkətinin buraxılış proqramına “(P)Aa2” reytinqi və sabit proqnoz təyin edib. Xüsusi məqsədli şirkət olan SPV tam şəkildə Qətər hökumətinə məxsusdur və buraxılacaq sertifikatlar hökumətin birbaşa, şərtsiz və təminatsız öhdəliyi sayılır.

Məqalədə: #Qətər #Qətər vasitəçiliyi #istiqraz

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

18:34
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
Yaxın Şərq

İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib

17:39

Son Xəbərlər

Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.