10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani bildirib ki, Qəzza müharibəsində ABŞ tərəfindən dəstəklənən atəşkəsin möhkəmləndirilməsi ilə bağlı danışıqlar “kritik mərhələdədir” və hazırkı vəziyyəti tam atəşkəs adlandırmaq mümkün deyil.

6 Dekabr 2025 20:22
Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

BAKI, AzerVoice, Orxan Qədirzadə

Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani bildirib ki, Qəzza müharibəsində ABŞ tərəfindən dəstəklənən atəşkəsin möhkəmləndirilməsi ilə bağlı danışıqlar “kritik mərhələdədir” və hazırkı vəziyyəti tam atəşkəs adlandırmaq mümkün deyil.

AzerVoice xəbər verir ki, Dohada keçirilən Forumda çıxış edən baş nazir bildirib ki, “Hazırkı vəziyyət yalnız pauzadır. Bu, hələ atəşkəs deyil. Atəşkəs o zaman tam olacaq ki, İsrail qüvvələri Gəzzadan tamamilə çıxsın, sabitlik bərpa olunsun və insanlar sərbəst şəkildə gedib-gələ bilsinlər.”

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın iki il davam edən müharibəni bitirmək üçün irəli sürdüyü sülh planının növbəti mərhələlərinə dair danışıqlar davam edir. Plana əsasən, Qəzzada beynəlxalq “Sülh Şurası” tərəfindən nəzarət olunan müvəqqəti texnokrat Fələstin hökuməti və beynəlxalq təhlükəsizlik qüvvəsi yaradılmalıdır. Təhlükəsizlik qüvvəsinin tərkibi və mandatı üzrə razılaşma danışıqların ən çətin hissəsi olaraq qalır.

Cümə axşamı İsrail nümayəndə heyəti Qahirədə vasitəçilərlə son girovun geri qaytarılması məsələsini müzakirə edib. Bu addım Tramp planının ilk mərhəsinin başa çatdırılması üçün əsas şərtlərdən biridir.

10 oktyabrda atəşkəs qüvvəyə mindikdən sonra zorakılıq azalsa da, İsrail hələ də Qəzzaya zərbələr endirir və “HƏMAS infrastrukturunu” hədəf aldığını deyir. HƏMAS və İsrail isə qarşılıqlı olaraq razılaşmanı pozmaqda bir-birini ittiham edir.

Məqalədə: #Qətər: Gəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq #Doha: Atəşkəs danışıqları kritik mərhələdədir #Qətər baş naziri: Mövcud vəziyyət hələ atəşkəs deyil #Qətərdən Gəzza açıqlaması: tam atəşkəs üçün əsas şərt #Doha Forumunda Qəzza truce-si müzakirə olundu #Qətər: İsrail çıxmayınca sülh mümkün deyil #Премьер Катара: перемирие в Газе неполное без вывода войск Израиля #Доха: переговоры по Газе вошли в критическую фазу #Катар обвиняет Израиль в нарушении условий затишья #Qatar PM: Gaza truce incomplete without full Israeli withdrawal #Talks on Trump peace plan at critical moment #Doha says #Violence drops but Israel continues strikes in Gaza

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.