10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

İsrail ordusu, işğal altında olan Şərqi Qüdsdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) mərkəzinə hücum edib. Hücumun, BMT qurumlarının toxunulmazlıq hüquqlarının açıq pozulması olduğu bildirilib. UNRWA-dan verilən açıqlamada, səhər saatlarında İsrail polisinin forklift və digər texnika ilə mərkəzə gəldiyi, çox sayda polis tərəfindən həyata keçirilən əməliyyat zamanı BMT işçilərinin mərkəzdə olmadığı bildirilib. Hücum zamanı ərazinin tamamilə bağlandığı, mərkəzdəki işçilərlə əlaqənin kəsildiyi qeyd olunub.

8 Dekabr 2025 14:44
İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu, işğal altında olan Şərqi Qüdsdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) mərkəzinə hücum edib. Hücumun, BMT qurumlarının toxunulmazlıq hüquqlarının açıq pozulması olduğu bildirilib.

AzerVoice xəbər verir ki, UNRWA-dan verilən açıqlamada, səhər saatlarında İsrail polisinin forklift və digər texnika ilə mərkəzə gəldiyi, çox sayda polis tərəfindən həyata keçirilən əməliyyat zamanı BMT işçilərinin mərkəzdə olmadığı bildirilib. Hücum zamanı ərazinin tamamilə bağlandığı, mərkəzdəki işçilərlə əlaqənin kəsildiyi qeyd olunub.

Açıqlamada, İsrailin 1946-cı il BMT Ayrıcalıqları və Toxunulmazlıqları Sazişinə tərəf olduğu, BMT obyektlərinin toxunulmaz olduğu və axtarış və müsadirədən azad olduğu vurğulanıb. Hücumun, UNRWA-nın Şərqi Qüdsdə fəaliyyətlərini məhdudlaşdırmaq qərarından sonra baş verdiyi bildirilib. Bu addımın beynəlxalq hüquq baxımından BMT otoritesinə və Fələstin xalqına ciddi təhdid olduğu qeyd olunub.

Qeyd edək ki, 1950-ci ildən fəaliyyət göstərən UNRWA təxminən 6 milyon fələstinli qaçqına qida, səhiyyə, təhsil və sığınacaq dəstəyi göstərir. Təşkilat son 75 il ərzində İsrail tərəfindən bir neçə dəfə hədəf alınıb, yardımların bir hissəsi məhv edilib. İsrail rəhbərliyi 2023-cü ilin oktyabrında Qəzza Zolağına hücumlar zamanı UNRWA-ya qarşı qaralama kampaniyası aparıb və bəzi işçilərin hücumlara qatıldığı iddiası ilə agentliyin fəaliyyətinin dayandırılmasını tələb edib.

UNRWA-nın fəaliyyətini məhdudlaşdırmaq məqsədli iki qanun layihəsi 28 oktyabrda İsrail parlamentindən keçib. Tel-Əviv hökumətinin Şərqi Qüdsdəki fəaliyyətləri dayandırmaq qərarı 1 fevralda qüvvəyə minib. Hücum, BMT Baş Assambleyasının UNRWA-nın fəaliyyət müddətini 3 il uzatma qərarından sonra baş verib.

Məqalədə: #Qəzza #Qəzza zolağı #BMT #UNRWA #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #İsrail və UNRWA gərginliyi #UNRWA fəaliyyət qadağası #UNRWA BMT Qəzza mövqeyi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.