9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Əsədin Hizbullaha istehza etməsi videosu Livanda narazılıq yaradıb

Livanda Hizbullah tərəfdarları Suriyanın keçmiş prezidenti Bəşşar Əsəd və onun keçmiş media müşaviri Luna əl-Şiblə aid sızdırılmış videolardan sonra ciddi narazılıq ifadə ediblər. Kadrlar hərbi müdafiə xəttində yüzlərlə itki verən və 14 illik müharibə boyunca rejimi ayaqda saxlayan Hizbullahın “lağ obyektinə çevrilməsi” kimi qiymətləndirilib.

9 Dekabr 2025 04:00
Əsədin Hizbullaha istehza etməsi videosu Livanda narazılıq yaradıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

Livanda Hizbullah tərəfdarları Suriyanın keçmiş prezidenti Bəşşar Əsəd və onun keçmiş media müşaviri Luna əl-Şiblə aid sızdırılmış videolardan sonra ciddi narazılıq ifadə ediblər. Kadrlar hərbi müdafiə xəttində yüzlərlə itki verən və 14 illik müharibə boyunca rejimi ayaqda saxlayan Hizbullahın “lağ obyektinə çevrilməsi” kimi qiymətləndirilib.

AzerVoice xəbər verir ki, Al Arabiya tərəfindən yayılan videolarda Əsədin Dəməşqdə avtomobil idarə etdiyi, Şiblın isə yanında əyləşdiyi görünür. Çəkilişin 2018-ci ilə — Quta müxalifətinin çıxarılmasından sonrakı dövrə aid olduğu ehtimal edilir. Səfər zamanı Əsədin “bunlar livanlıdır” deməsi, yəni Hizbullah döyüşçülərini nəzərdə tutması Şiblın partiya barədə istehzalı fikirlərinə zəmin yaradır.

Şibl videoda “Suriya ordusunun başqa ordulara təcrübə ötürəcək səviyyəyə çatdığını”, Hizbullahın isə “iddialarını sübut etmədiyini” söyləyir. Əsədin bu sözlərə etiraz etməməsi Livanda Hizbullah tərəfdarları tərəfindən “razılıq əlaməti və növbəti təhqir” kimi dəyərləndirilib.

Partiya tərəfdarlarından biri bildirib ki, videolar “bütün qurbanlara istehza və faktların inkarıdır”. Başqa bir dəstəkçi isə Şibli “yalançı və reallıqdan uzaq” adlandırıb. “Əgər Hizbullah olmasaydı, 2012-ci ilin qışında Dəməşq müxalifətin əlinə keçəcəkdi.”- o deyib.

Hizbullah döyüşçüləri də Asharq al-Awsat-a açıqlamalarında rejim ordusunun 2012-ci ildə Cənubi Dəməşqdə hücumları dayandırmağı bacarmadığını, əməliyyat planlarının partiya tərəfindən hazırlandığını bildiriblər. Onların sözlərinə görə, Quseyr, Qələmoun, Zabadani və Şərqi Quta əməliyyatlarının strateji planı da Hizbullaha məxsus idi.

Sosial şəbəkələrdə də narazılıq dalğası güclənib. İstifadəçilər Hizbullah–Əsəd münasibətlərinin Suriyada Hizbullahın Əsədi dəstəkləməsi ilə güclə bərpa olunduğunu, lakin tərəflər arasında 1975–1990-cı illərin Livan müharibəsindən miras qalan rəqabətin heç vaxt tam yox olmadığını bildiriblər.

Narazılıq Əsədin 2024-cü ilin dekabrında hakimiyyətdən salınmasından əvvəl də artmışdı. Hizbullah liderləri onu 2023-cü ilin oktyabrında Qəzzaya dəstək üçün başladılan “dəstək müharibəsində” partiyanı tək buraxmaqda ittiham etmişdi. Yeni məlumatlara görə, Əsəd həmin dövrdə Hizbullaha Suriya ərazisindən İsrailə raket atmağa da icazə verməmiş, silah tədarükünə məhdudiyyətlər qoymuşdu.

Məqalədə: #Sızan videolar: Əsədin Hizbullaha istehzası Livanda qəzəb yaratdı #Hizbullah tərəfdarları Əsəd və Luna Şibl videolarına etiraz edir #Əsəd–Hizbullah gərginliyi: yeni kadrlar narazılığı artırdı #Leaked Assad videos mocking Hezbollah spark outrage in Lebanon #Hezbollah supporters angered by Assad-Shibl leaked footage #Tensions resurface as videos show Assad deriding Hezbollah #Утечки видео #где Асад насмехается над Хезболлой #вызвали возмущение в Ливане #Сторонники Хезболлы возмущены словами Асада и Луны аль-Шибль #Новые утечки обострили отношения между Асадом и Хезболлой #Видео насмешек Асада над Хезболлой вызвало скандал #Ливан возмущён утечкой видео Асада

Mövzu üzrə digər xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar

14:45
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
İraq

Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi

12:45
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.