10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Ben-Qvir İzzəddin əl-Qəssamın məzarına qarşı dövlət səviyyəli vandallıqla hədələyir

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ərəb milli lideri İzzəddin əl-Qəssamın İsrail ərazisində yerləşən məzarını dağıtmaqla hədələyib. Qeyd edək ki, HƏMAS hərəkatının hərbi qanadı onun adını daşıyır. Təxribat xarakterli açıqlamaları ilə tanınan Ben-Qvir “Telegram” hesabında video paylaşaraq təhlükəsizlik qüvvələri və əl-Qəssamın məzarı yaxınlığında namaz qılmaq üçün qurulmuş çadırı sökən kranla birlikdə görüntülənib. İzzəddin əl-Qəssam Suriyada anadan olub.

12 Dekabr 2025 07:25
Ben-Qvir İzzəddin əl-Qəssamın məzarına qarşı dövlət səviyyəli vandallıqla hədələyir

BAKI,AzerVoice

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ərəb milli lideri İzzəddin əl-Qəssamın İsrail ərazisində yerləşən məzarını dağıtmaqla hədələyib. Qeyd edək ki, HƏMAS hərəkatının hərbi qanadı onun adını daşıyır. Təxribat xarakterli açıqlamaları ilə tanınan Ben-Qvir “Telegram” hesabında video paylaşaraq təhlükəsizlik qüvvələri və əl-Qəssamın məzarı yaxınlığında namaz qılmaq üçün qurulmuş çadırı sökən kranla birlikdə görüntülənib. İzzəddin əl-Qəssam Suriyada anadan olub.

1935-ci ildə silahlı toqquşma zamanı öldürülən əl-Qəssam 1948-ci ildə İsrail dövlətinin yaradılmasından əvvəl, Britaniya mandatı dövründə Fələstində britaniyalılara və sionizmə qarşı mübarizə aparıb.

Əl-Qəssamın məzarı bu gün İsrailin şimalında, Hayfa sahil şəhəri yaxınlığında yerləşən, hazırda Nişer adlanan qəsəbədədir. Sözügedən məzar son illər ərzində dəfələrlə vandalizmə məruz qalıb.

Ben-Qvir “X” (keçmiş Twitter) platformasındakı hesabında yazıb: “Nişerdə böyük terrorçu İzzəddin əl-Qəssamın məzarı aradan qaldırılmalıdır. Bu istiqamətdə ilk addımı dünən sübh tezdən atdıq”.

Nazir ötən ilin avqust ayında parlamentdə aparılan müzakirə zamanı da məzarın dağıdılmasına çağırış etmişdi.

Sağ yönlü “İsrael Hayom” qəzeti yazır ki, təhlükəsizlik qüvvələri məzar ətrafında quraşdırılmış müşahidə kameralarını söküb və ərazini qoruyan şəxsi uzaqlaşdırıb.

“Agence France-Presse”in sorğusuna cavab olaraq İsrail polisi cümə axşamı baş verən hadisədə iştirak etmədiklərini bildirib və məsələ ilə bağlı sorğunu məzarlıqlara cavabdeh quruma yönləndirib.

Hadisəyə ilk fələstinli reaksiya HƏMAS hərəkatından gəlib. Hərəkat yaydığı bəyanatda İsrailin milli təhlükəsizlik nazirinin addımını “müqəddəsliklərə qarşı misli görünməmiş təcavüz, müqəddəs dəyərlərin pozulması və ölülərin məzarlarının tapdanması” kimi qiymətləndirib.

HƏMAS rəhbərlərindən Mahmud Mərdəvi isə baş verənlərin “sadəcə bir məzara hücum deyil, bir xalqın yaddaşını silmək və davam edən mübarizəmizin simvollarından birini yox etmək cəhdi” olduğunu bildirib.

O əlavə edib ki, “ifratçılıq artıq açıq şəkildə rəsmi dövlət siyasətinə çevrilib və bu vəhşiliyin qarşısının alınması üçün beynəlxalq mövqe tələb olunur”.

Məqalədə: #İzzədin əl Qəssam kimdir? #Əl-Qəssam Briqadaları #Əl-Qəssam məscidi #Qəssam Briqadaları #Qəssam briqadaları rəhbərləri #İsrailli nazir İzzəddin əl-Qəssamın məzarını dağıtmaqla hədələyir #Ben-Qvirdən tarixi məzara qarşı vandallıq çağırışı #Израильский министр угрожает уничтожить могилу Изз ад-Дина аль-Кассама #Вандализм против исторической памяти: Бен-Гвир и угроза разрушения могилы #Israeli Minister Threatens to Destroy Izz ad-Din al-Qassam’s Grave #Political Vandalism: Israeli Minister Targets Historic Arab Leader’s Tomb #Ben-Qvir İzzəddin əl-Qəssamın məzarına qarşı dövlət səviyyəli vandallıqla hədələyir #İsrailli nazir tarixi məzara vandallıq çağırışı etdi #Məzarlara hücum siyasəti: Ben-Qvir əl-Qəssamın qəbrini dağıtmaqla hədələyir #Məzarlara vandallıq beynəlxalq qalmaqala çevrilir: Ben-Qvir əl-Qəssamın qəbrini sökmək istəyir #İzzəddin

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.