6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İran Silahlı Qüvvələri müasir texnologiyalar sahəsində inkişaf edib - İran general-mayoru

İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-mayor Əli Cihanşahi bildirib ki, İran ordusu müasir texnologiyalar sahəsində müəyyən güc və müstəqillik əldə edib.

13 Dekabr 2025 19:42
İran Silahlı Qüvvələri müasir texnologiyalar sahəsində inkişaf edib - İran general-mayoru

BAKI, AzerVoice, Orxan Qədirzadə

İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-mayor Əli Cihanşahi bildirib ki, İran ordusu müasir texnologiyalar sahəsində müəyyən güc və müstəqillik əldə edib.

AzerVoice xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNAnın məlumatına görə, general bu fikirləri Quru Qoşunlarının Cənub-Şərq Regional Qərargahının yeni komandanının vəzifəyə başlaması mərasimində səsləndirib.

Cihanşahi qeyd edib ki, İran ordusu texnoloji baxımdan inkişaf etmiş silah sistemlərinə malikdir və İsraillə yaşanan münaqişə zamanı xüsusilə raket və pilotsuz uçuş aparatları sahəsində əməliyyat müstəqilliyini qoruyub. Onun sözlərinə görə, bu imkanlar yerli istehsal texnologiyalarına əsaslanır.

General vurğulayıb ki, İran Silahlı Qüvvələri artıq süni intellekt, kvant fizikasına əsaslanan texnologiyalar, pilotsuz uçuş aparatları və lazer sistemləri kimi sahələrdə müasir hərbi inkişaf proseslərinə təsir göstərə biləcək səviyyəyə yüksəlib.

O bildirib ki, 12 gün davam edən münaqişə zamanı İsrail əsasən xarici istehsal olan hava hücumundan müdafiə sistemlərini hədəfə alıb, lakin İranın yerli HHM vasitələri münaqişənin son gününə qədər fəaliyyətini davam etdirib.

Cihanşahi əlavə edib ki, İran Silahlı Qüvvələri texniki vasitələrin yenilənməsi istiqamətində intensiv iş aparır.

“Hörmüz boğazına nəzarət edən qüvvə, qlobal enerji iqtisadiyyatının da nəbzini nəzarətdə saxlayır.” - o, deyib.

General-mayorun sözlərinə görə, ABŞ İranın nüvə obyektlərinə zərbələr endirsə də, nüvə infrastrukturunu tamamilə məhv etmək məqsədinə nail ola bilməyib. O vurğulayıb ki, İranın Rusiya və Çinlə coğrafi yaxınlığı, eləcə də qlobal enerji xəttinin mərkəzində yerləşməsi ölkənin strateji əhəmiyyətini artırır.

Cihanşahi bildirib ki, bu səbəbdən bəzi dövlətlər ya İran üzərində nəzarət qurmağa, ya da onunla əməkdaşlığa məcbur qalır, lakin İran təzyiqlərə boyun əyməyib.

Xatırladaq ki, 13 iyun tarixində İsrail İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və ali hərbi rəhbərliyə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı, bir sıra yüksək rütbəli zabitlər və 9 nüvə alimi həlak olub.

İsraili açıq şəkildə dəstəkləyən ABŞ isə 22 iyun tarixində Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə zərbələr endirib. Buna cavab olaraq İran 23 iyunda Qətərdə yerləşən Əl-Udeyd ABŞ aviabazasını hədəfə alıb.

24 iyun tarixində ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs əldə olunduğunu açıqlayıb.

Məqalədə: #İran: Silahlı Qüvvələr müasir texnologiyalar sahəsində mühüm gücə çatıb #İran ordusu texnoloji və əməliyyat müstəqilliyini bəyan edir #Tehran: Hörmüz boğazına nəzarət qlobal enerji balansına təsir göstərir #Иран заявил о достижении военной мощи в сфере современных технологий #Тегеран: Вооружённые силы обладают технологической независимостью #Генерал Ирана: Контроль над Ормузским проливом влияет на мировую энергетику

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.