10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

HƏMAS Netanyahunun Məscid-i Əqsa ilə bağlı addımına reaksiya verib

Fələstinin HƏMAS hərəkatı İsrailin baş naziri Benyamin Netanyahunun Qüdsdə Məscid-i Əqsa kompleksində yerləşən əl-Burak Divarı ərazisində dini ayinlərdə iştirak etməsi ilə bağlı bəyanat yayıb. HƏMAS bəyanatında bu addımın mövcud status-kvonu pozduğunu və müqəddəs məkanlara dair həssas balansı risk altına aldığını bildirib.

17 Dekabr 2025 00:29
HƏMAS Netanyahunun Məscid-i Əqsa ilə bağlı addımına reaksiya verib

BAKI, AzerVoice, Orxan Qədirzadə

HƏMAS hərəkatı İsrailin baş naziri Benyamin Netanyahunun Qüdsdə Məscid-i Əqsa kompleksində yerləşən əl-Burak Divarı ərazisində dini ayinlərdə iştirak etməsi ilə bağlı bəyanat yayıb.

AzerVoice-un məlumatına görə, HƏMAS bəyanatında bu addımın mövcud status-kvonu pozduğunu və müqəddəs məkanlara dair həssas balansı risk altına aldığını bildirib.

Hərəkat İsrailin Qüdsdə və işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi siyasətin bölgədə gərginliyi artırdığını vurğulayıb və bu cür addımların bölgənin tarixi və dini xarakterini dəyişdirməyəcəyini qeyd edib.

Bəyanatda əl-Burak Divarı ərazisində dini mərasimlərin keçirilməsi, eləcə də bəzi israilli qrupların Məscid-i Əqsa kompleksinə daxil olması “təxribat xarakterli addımlar” kimi qiymətləndirilib.

Bununla yanaşı, beynəlxalq ictimaiyyətə müraciət edilərək Qüdsdə müqəddəs məkanlarla bağlı beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyi vurğulanıb.

Qüds Valiliyinin yaydığı məlumata əsasən, İsrailin baş naziri Benyamin Netanyahu, həyat yoldaşı və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi əl-Burak Divarı ərazisində dini ayinlərdə iştirak edib. Rəsmi dairələr bu səfərin müsəlman icması tərəfindən həssaslıqla qarşılandığını bildirib.

Qeyd edək ki, Məscid-i Əqsa kompleksi ilə bağlı status-kvo məsələsi uzun illərdir regional və beynəlxalq səviyyədə mübahisə predmetidir və bu ərazidə atılan addımlar tez-tez siyasi və dini reaksiyalara səbəb olur.

Məqalədə: #HƏMAS Netanyahunun Mescid-i Aksa ilə bağlı addımına reaksiya verib #Qüdsdə Mescid-i Aksa ilə bağlı gərginlik: HƏMAS-dan açıqlama #HƏMAS Mescid-i Aksadakı hadisələrlə bağlı bəyanat yayıb #ХАМАС отреагировал на действия Нетаньяху у мечети Аль-Акса #Заявление ХАМАС по ситуации вокруг Аль-Аксы #ХАМАС призвал защитить статус-кво Аль-Аксы #Hamas reacts to Netanyahu’s actions at Al-Aqsa compound #Hamas issues statement over Al-Aqsa developments #Tensions rise over Al-Aqsa as Hamas responds

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.