12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İran rəhbərliyinin ABŞ ordusunun iyun ayında Fordo nüvə obyektinə endirdiyi zərbənin “lazımi mesajını tam şəkildə almadığını” bildirib. Hakabi bu fikirləri İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna verdiyi müsahibədə səsləndirib.

22 Dekabr 2025 19:33
ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İran rəhbərliyinin ABŞ ordusunun iyun ayında Fordo nüvə obyektinə endirdiyi zərbənin “lazımi mesajını tam şəkildə almadığını” bildirib.

AzerVoice-un məlumatına görə, Hakabi bu fikirləri İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna verdiyi müsahibədə səsləndirib.

ABŞ ordusunun 22 iyunda Fordo nüvə obyektinə endirdiyi hava zərbəsini xatırladan səfir bildirib ki, Tehranın yenidən bərpa işlərinə cəhd etməsi mesajın tam mənimsənilmədiyini göstərir. Onun sözlərinə görə, İran tərəfi obyektləri daha dərin və daha təhlükəsiz hala gətirməyə çalışır.

Hakabi İranın nüvə proqramının təkcə İsrail və ABŞ üçün deyil, Avropa üçün də ciddi təhlükə olduğunu iddia edərək, Avropanın bu riski yetərincə dərk etmədiyini bildirib. ABŞ səfiri bu mövzuda Avropa paytaxtlarını sərt şəkildə tənqid edib.

Suriya ilə İsrail arasında aparılan və hazırda dalana dirənən təhlükəsizlik danışıqlarına da toxunan Hakabi, İsrail və Suriya arasında razılaşmanın mümkün olduğunu bildirib. Onun sözlərinə görə, Suriya prezidenti Əhməd əş-Şəraa ölkədə sabitliyin və hakimiyyətin davamlılığının İsrail ilə sülh şəraitində yaşamaqdan keçdiyini anlayır.

ABŞ səfiri İsrailin Suriyanı işğal etmək niyyətində olmadığını iddia edərək, İsrail ordusunun tampon zonanı yalnız təhlükəsizlik məqsədi ilə nəzarətə götürdüyünü qeyd edib.

Qeyd edək ki, ABŞ İsrailə dəstək çərçivəsində 22 iyunda İranın Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə hava zərbələri endirib.

Məqalədə: #ABŞ #ABŞ-İran gərginliyi #Fordo nüvə obyekti #Yaxın Şərqdə sabitlik #ABŞ-ın Yaxın Şərq siyasəti #ABŞ səfiri #İranın nüvə fəaliyyəti #İsrailin təhlükəsizliyi #ABŞ səfiri İranın nüvə proqramı barədə nə dedi #Fordo nüvə obyektinə ABŞ zərbəsi #ABŞ-dan İranla bağlı son açıqlamalar #ABŞ İsrail Suriya təhlükəsizlik mövqeyi #İran nüvə proqramı regional təhlükə #nüvə obyektlərinə zərbələr #Avropa üçün təhlükə

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.