ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İran rəhbərliyinin ABŞ ordusunun iyun ayında Fordo nüvə obyektinə endirdiyi zərbənin “lazımi mesajını tam şəkildə almadığını” bildirib. Hakabi bu fikirləri İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna verdiyi müsahibədə səsləndirib.