6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Hələbdə Suriya ordusu ilə YPG/PKK arasında silahlı insident baş verib

Suriyanın Hələb şəhərində Suriya hökumət qüvvələri ilə YPG/PKK silahlı dəstələri arasında silahlı insident qeydə alınıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. YPG/PKK qruplaşması Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində, eləcə də şəhər mərkəzi və ətraf yaşayış məntəqələrində artilleriya və minaatan atəşləri həyata keçirib. Hücumlar zamanı iki mülki şəxsin həlak olduğu, 13 mülki vətəndaşın yaralandığı açıqlanıb.

23 Dekabr 2025 02:00
Hələbdə Suriya ordusu ilə YPG/PKK arasında silahlı insident baş verib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Suriyanın Hələb şəhərində Suriya hökumət qüvvələri ilə YPG/PKK silahlı dəstələri arasında silahlı insident qeydə alınıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

AzerVoice-un məlumatına görə, YPG/PKK qruplaşması Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində, eləcə də şəhər mərkəzi və ətraf yaşayış məntəqələrində artilleriya və minaatan atəşləri həyata keçirib. Hücumlar zamanı iki mülki şəxsin həlak olduğu, 13 mülki vətəndaşın yaralandığı açıqlanıb.

Yerli mənbələrin bildirdiyinə görə, silahlı qruplaşma Cəmiliyyə, Suryan, Cisr ər-Razi məhəllələrini, eləcə də Hələb ətrafındakı Səbğa qəsəbəsini hədəfə alıb. Atışmalar nəticəsində bəzi yaşayış evlərində yanğın baş verib.

Hələb Valiliyinin yaydığı məlumata əsasən, hücumlardan sonra bölgə sakinləri daha təhlükəsiz ərazilərə köçməyə başlayıb. Gərginliyin artması fonunda Suriya ordusunun Hələb şəhərində YPG/PKK ilə təmas xətlərinə əlavə hərbi texnika, o cümlədən tanklar göndərdiyi bildirilir.

Məlumata görə, YPG/PKK silahlı dəstələri axşam saatlarında Hələbin Şeyhan və Leramon bölgələri yaxınlığında Suriya ordusunun mövqelərinə də hücum edib. Bu insident zamanı bir hərbçi və iki mülki müdafiə əməkdaşı yaralanıb.

Daxili İşlər Nazirliyinin açıqlaması

Suriyanın Daxili İşlər Nazirliyi bildirib ki, Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində yerləşən YPG/PKK silahlı qrupları mövcud razılaşmalara baxmayaraq hökumət qüvvələrinin nəzarət-buraxılış məntəqələrinə atəş açıb. Açıqlamada daxili təhlükəsizlik qüvvələrindən və ordudan yaralananların olduğu, həmçinin mülki şəxslər və mülki müdafiə əməkdaşları arasında da xəsarət alanların qeydə alındığı vurğulanıb.

İnsidentdən sonra Hələb şəhər mərkəzində bir qrup sakin YPG/PKK silahlı dəstələrinin şəhərdən çıxarılması tələbi ilə etiraz aksiyası keçirib.

Məqalədə: #Silahlı qruplaşmalar #Hələbdə Suriya ordusu ilə YPG/PKK arasında nə baş verib #YPG/PKK-nın Hələbdə mülki ərazilərə hücumu #Suriya ordusu Hələbdə niyə hərbi texnika yerləşdirib #Hələb şəhərində təhlükəsizlik vəziyyəti #Suriyada silahlı qruplaşmalarla bağlı son hadisələr #Suriya daxili təhlükəsizliyi #Hələbdə atışmalar #Hələbdə silahlı insident: ölən və yaralananlar var #YPG/PKK-nın Hələbdə hücumları nəticəsində mülki itkilər qeydə alınıb #Suriya ordusu Hələbdə təhlükəsizlik tədbirlərini gücləndirib #Hələb ətrafında gərginlik: hökumət qüvvələri və silahlı qruplaşma üz-üzə

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.