10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzadakı silahlarımız İsrail üçün real təhlükə yaratmır - HƏMAS

HƏMAS hərəkatının rəhbərliyinə yaxın mənbələr İsrailin Qəzza zolağında hərəkatın silahlanması ilə bağlı iddialarını “qorxu yaratmaq məqsədli şişirtmə” kimi qiymətləndirib. Mənbələr HƏMAS-ın Qəzzada malik olduğu silahların əsasən yüngül atıcı silahlardan ibarət olduğunu və İsrail üçün real hərbi təhlükə yaratmadığını bildirib. Qeyd olunub ki, bu silahlar yalnız müdafiə məqsədi daşıyır və 2023-cü il 7 oktyabr hadisələri kimi genişmiqyaslı əməliyyatlar üçün yararlı deyil.

3 Yanvar 2026 03:00
Qəzzadakı silahlarımız İsrail üçün real təhlükə yaratmır - HƏMAS

BAKI, AzerVocie

HƏMAS hərəkatının rəhbərliyinə yaxın mənbələr İsrailin Qəzza zolağında hərəkatın silahlanması ilə bağlı iddialarını “qorxu yaratmaq məqsədli şişirtmə” kimi qiymətləndirib.

Trend-in Asharq Al-Awsat qəzetinə istinadən verdiyi məlumata görə, mənbələr HƏMAS-ın Qəzzada malik olduğu silahların əsasən yüngül atıcı silahlardan ibarət olduğunu və İsrail üçün real hərbi təhlükə yaratmadığını bildirib. Qeyd olunub ki, bu silahlar yalnız müdafiə məqsədi daşıyır və 2023-cü il 7 oktyabr hadisələri kimi genişmiqyaslı əməliyyatlar üçün yararlı deyil.

Məlumata əsasən, silahlı qrupların ixtiyarında əsasən Kalaşnikov və M-16 tipli avtomatlar, məhdud sayda tank əleyhinə qumbara və fərdi ölçülü partlayıcı qurğular mövcuddur. Mənbələr bildiriblər ki, iki il davam edən müharibə zamanı HƏMAS raket, minaatan mərmiləri və ağır silah ehtiyatlarının böyük hissəsini istifadə edib və ya bu arsenal İsrail tərəfindən məhv edilib.

HƏMAS-a yaxın dairələr İsrailin silah məsələsini atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi əngəlləmək üçün bəhanə kimi istifadə etdiyini vurğulayıb. Bildirilib ki, məqsəd Qəzza zolağında, xüsusilə də birinci mərhələdə çıxarılması nəzərdə tutulan “sarı xətt”in şərqində İsrail hərbi mövcudluğunu qorumaqdır.

Bu arada İsrailin baş naziri Beniyamin Netanyahu Fox News kanalına müsahibəsində Qəzzada hazırda 20 min HƏMAS üzvünün olduğunu və onların təxminən 60 min ədəd silaha sahib olduqlarını iddia edib. Netanyahu “silahsızlaşdırma bütün silahların götürülməsi və yüzlərlə kilometr uzunluğunda tunellərin məhv edilməsi deməkdir” deyə bildirib.

İsrailin 13-cü kanalının məlumatına görə, Netanyahu bu rəqəmləri ABŞ prezidenti Donald Tramp ilə də bölüşüb.

HƏMAS mənbələri isə Netanyahunun açıqlamalarını ABŞ tərəfinə siyasi təzyiq göstərmək cəhdi kimi qiymətləndirərək qeyd ediblər ki, İsrail yüngül silah anlayışını genişləndirərək müqaviməti hətta şəxsi silahlardan belə məhrum etmək istəyir. Onların fikrincə, bütün silahların təhvil verilməsində israr Qəzzanı müqavimət imkanlarından tam məhrum edilmiş əraziyə çevirmək məqsədi daşıyır.

Silahsızlaşdırma məsələsinə münasibətdə HƏMAS mənbələri bildiriblər ki, bu mövzu vasitəçilərlə müzakirə olunur və silah məsələsi üzrə ümumfələstin milli konsensusuna əsaslanan variantlar nəzərdən keçirilir. Tunellərlə bağlı məsələ də danışıqların predmetidir və hərəkat atəşkəsin ikinci mərhələsinə keçidi əngəlləmək niyyətində olmadığını, lakin bunun fələstinlilərin əsas mövqeləri hesabına baş verməyəcəyini vurğulayıb.

Bu arada İsrailin Yedioth Ahronoth qəzeti yazıb ki, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir beynəlxalq sabitləşdirmə qüvvələrinin HƏMAS-ı silahsızlaşdırmaq gücünə şübhə etdiyini və ordunun bu məqsədlə yeni hərbi əməliyyata hazır olduğunu bildirib. Qəzetin məlumatına görə, müharibənin başa çatmasına baxmayaraq, İsrail ordusu Qəzza zolağında yeni tunellər aşkar etməyə davam edir.

Məqalədə: #HƏMAS Qəzza silahları #Qəzzada yüngül silahlanma #İsrail HƏMAS silahsızlaşdırma tələbi #Qəzza atəşkəsin ikinci mərhələsi #Netanyahu Qəzza açıqlaması #Qəzza tunelləri və danışıqlar #Hamas Gazze silahları #Gazze’de hafif silahlanma #İsrail Hamas silahsızlandırma talebi #Gazze ateşkes ikinci aşama #Netanyahu Gazze açıklamaları #Hamas weapons in Gaza #Gaza light arms claims #Israel Hamas disarmament demand #Gaza ceasefire second phase #Netanyahu statements on Hamas

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23

Son Xəbərlər

"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.