10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Qəzzaya edilən humanitar yardımı artırır

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və Vəliəhd Şahzadə Məhəmməd bin Salman Qəzza zolağında yaranmış ağır humanitar vəziyyətlə əlaqədar yardım tədbirlərinin genişləndirilməsi barədə göstəriş veriblər. Bu çərçivədə hava, dəniz və quru yolları ilə həyata keçirilən yardımın intensivləşdirilməsi tapşırılıb.

4 Yanvar 2026 18:19
Səudiyyə Qəzzaya edilən humanitar yardımı artırır

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və Vəliəhd Şahzadə Məhəmməd bin Salman Qəzza zolağında yaranmış ağır humanitar vəziyyətlə əlaqədar yardım tədbirlərinin genişləndirilməsi barədə göstəriş veriblər. Bu çərçivədə hava, dəniz və quru yolları ilə həyata keçirilən yardımın intensivləşdirilməsi tapşırılıb.

AzerVoice xəbər verir ki, qərar “Qəzzadakı fələstinlilərə yardım üçün Səudiyyə xalq kampaniyası” çərçivəsində həyata keçirilən fəaliyyətlərin daha da gücləndirilməsi məqsədi daşıyır. Göstərişə əsasən, Qəzzaya yönələn yardım daşımalarının tutumu artırılır.
Kral Salman adına Yardım və Humanitar Fəaliyyətlər Mərkəzinin açıqlamasına görə, bu günədək Qəzzaya 77 təyyarə və 8 gəmi vasitəsilə humanitar yardım göndərilib. Nəticədə bölgəyə 7 min 699 tondan artıq yardım yükü çatdırılıb.

Bundan əlavə, quru yolu ilə 912 yardım yük avtomobili Qəzzaya daxil olub. Eyni zamanda, Fələstin Qızıl Aypara Cəmiyyətinə 20 təcili tibbi yardım avtomobili təhvil verilib.

Yardım fəaliyyəti yalnız daşımalarla məhdudlaşmayıb. Kral Salman Yardım Mərkəzi Qəzza zolağında icra olunacaq humanitar layihələr üçün beynəlxalq qurumlarla 90 milyon ABŞ dollarından artıq məbləğdə razılaşmalar imzalayıb.

Sərhəd keçidlərində yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə İordaniya ilə əməkdaşlıq çərçivəsində havadan yardım buraxılması əməliyyatlarının da həyata keçirildiyi bildirilib.

Rəsmi mənbələr humanitar yardımın davam etdiriləcəyini və ehtiyaclar qarşılandıqca tədbirlərin daha da genişləndiriləcəyini vurğulayıb.

Məqalədə: #Fələstin #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #humanitar yardım #Fələstin Qızıl Aypara Cəmiyyəti #Vəliəhd şahzadə Məhəmməd bin Salman #Kral Salman bin Əbdüləziz #Kral Salman adına Yardım və Humanitar Fəaliyyətlər Mərkəzi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.