5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu deyir ki, İranda küçə etirazları “həlledici mərhələ”dir

Netanyahu əlavə edib ki, İranda baş verənlər “sürətli və dramatik” xarakter daşıyır və bu hadisələr “iranlıların taleyini öz əllərinə aldıqları həlledici məqam” ola bilər. Məlumat üçün bildirək ki, i, İranda etirazlar ötən bazar günü mağaza sahiblərinin iqtisadi vəziyyətə etiraz olaraq iş dayandırması ilə başlayıb. Sonradan aksiyalar genişlənərək daha çox şəhəri əhatə edib və iştirakçıların irəli sürdüyü tələblər siyasi məzmun alıb.

5 Yanvar 2026 10:51
Netanyahu deyir ki, İranda küçə etirazları “həlledici mərhələ”dir


BAKI, AzerVoice

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, İsrail İran xalqı ilə “həmrəy mövqedədir”. Onun sözlərinə görə, son günlər İranın bir sıra şəhərlərini əhatə edən etirazlar fonunda baş verən proseslər diqqətlə izlənilir. AzerVoice xəbər verir ki, hökumətin həftəlik iclasının əvvəlində çıxış edən Netanyahu: “Biz İran xalqının azadlıq, ləyaqət və ədalət uğrunda mübarizəsi ilə həmrəyik”-deyə bildirib.

Baş nazirin ofisinin yaydığı bəyanata əsasən, Netanyahu “çox güman ki, İran xalqının taleyini öz əlinə aldığı bir anın astanasında olduğumuzu” vurğulayıb.

Netanyahu əlavə edib ki, İranda baş verənlər “sürətli və dramatik” xarakter daşıyır və bu hadisələr “iranlıların taleyini öz əllərinə aldıqları həlledici məqam” ola bilər. Məlumat üçün bildirək ki, i, İranda etirazlar ötən bazar günü mağaza sahiblərinin iqtisadi vəziyyətə etiraz olaraq iş dayandırması ilə başlayıb. Sonradan aksiyalar genişlənərək daha çox şəhəri əhatə edib və iştirakçıların irəli sürdüyü tələblər siyasi məzmun alıb.

Xatırladılır ki, İran və İsrail ötən il 12 gün davam edən silahlı qarşıdurma yaşayıb. İsrail İranın nüvə obyektləri və yaşayış məntəqələrinə zərbələr endirdiyini, bunun Tehranın nüvə tədqiqatları və ballistik raket imkanlarını zəiflətmək məqsədi daşıdığını bildirmişdi. İran isə cavab olaraq pilotsuz uçuş aparatları və raketlərlə İsrailə hücumlar həyata keçirmişdi. Daha sonra ABŞ qısa müddətlik olaraq İsraillə birgə İranın nüvə obyektlərini hədəfə alıb və ardınca atəşkəs elan olunub.

Netanyahu bazar günü həmçinin İranın nüvə proqramı məsələsinə toxunaraq, bu mövzunu ABŞ prezidenti Donald Trampla rəsmi səfəri zamanı müzakirə etdiyini deyib. Onun sözlərinə görə, tərəflər “sıfır zənginləşdirmə” prinsipini, eləcə də İranda 60 faiz zənginləşdirilmiş 400 kiloqram nüvə materialının ölkədən çıxarılmasını və obyektlərin ciddi beynəlxalq nəzarətə götürülməsini bir daha təsdiqləyiblər.

Bu arada ABŞ-da yerləşən Human Rights Activists News Agency (HRANA) etirazların İranın 31 vilayətindən 25-də, 170-dən çox yaşayış məntəqəsini əhatə etdiyini bildirib. Məlumata görə, azı 15 nəfər həlak olub, 580-dən çox şəxs saxlanılıb. Agentlik məlumatlarını İranda fəaliyyət göstərən geniş fəal şəbəkəsinə əsaslandırır və əvvəlki etirazlar zamanı dəqiqliyi ilə tanınıb.

Məqalədə: #İranda rejim dəyişikliyi planı #İranda dərman çatışmazlığının sosial nəticələri #İranda pul-kredit və bank sisteminin islahı #İranda aksiyalar #İran etirazları #Tehran hadisələri #İran protestoları

Mövzu üzrə digər xəbərlər

İranlı muxalif yazar Marjan Satrapi vəfat edib
Yaxın Şərq

İranlı muxalif yazar Marjan Satrapi vəfat edib

4 İyun 16:08
İranda etirazlarda ölənlərin sayı 7 mini keçib
Digər Xəbərlər

İranda etirazlarda ölənlərin sayı 7 mini keçib

12 Fevral 10:42
Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian
Digər Dövlətlər

Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

31 Yanvar 12:52
İranda internetə çıxış yaxın günlərdə bərpa olunacaq
Digər Dövlətlər

İranda internetə çıxış yaxın günlərdə bərpa olunacaq

26 Yanvar 16:51

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.