10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Ərəb koalisiyası Yəməndə BƏƏ-nin dəstəklədiyi qüvvələrə zərbələr endirib

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Ed-Dali bölgəsinə hava hücumu təşkil etdiyi və Cənub Keçid Şurası (CŞK) sədrinin Aydarus əz-Zübeydi’nin bölgədən qaçdığı bildirildi. Yəmən Prezident Şurası isə Zübeydinin şura üzvlüyündən çıxarıldığını və “vətənə xəyanət” ittihamı ilə məhkəməyə veriləcəyini açıqladı. Ərəb Koalisiyasının sözçüsü, general Türki əl-Maliki açıqlamasında Yəmən hökuməti və koalisiyanın Zübeydi’ye bağlı qüvvələrin “zirehli və döyüş vasitələri, ağır və yüngül silahlar, eləcə də sursat daxil olmaqla böyük bir qüvvəni səfərbər etdiyinə dair məlumat aldığını” bildirdi.

7 Yanvar 2026 10:49
Ərəb koalisiyası Yəməndə BƏƏ-nin dəstəklədiyi qüvvələrə zərbələr endirib

BAKI,AzerVoice, Nailə Babazadə

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Ed-Dali bölgəsinə hava hücumu təşkil etdiyi və Cənub Keçid Şurası (CŞK) sədrinin Aydarus əz-Zübeydi’nin bölgədən qaçdığı bildirildi.

AzerVoice xəbər verir ki, Yəmən Prezident Şurası isə Zübeydinin şura üzvlüyündən çıxarıldığını və “vətənə xəyanət” ittihamı ilə məhkəməyə veriləcəyini açıqladı.

Ərəb Koalisiyasının sözçüsü, general Türki əl-Maliki açıqlamasında Yəmən hökuməti və koalisiyanın Zübeydi’ye bağlı qüvvələrin “zirehli və döyüş vasitələri, ağır və yüngül silahlar, eləcə də sursat daxil olmaqla böyük bir qüvvəni səfərbər etdiyinə dair məlumat aldığını” bildirdi.

Maliki qeyd edib ki, bu qüvvələr gecə saatlarında Aden şəhərindən çıxıb və daha sonra Ed-Dali vilayətində aşkar edilib. Zübeydi’nin “münaqişəni gərginləşdirmək cəhdini” önləmək üçün koalisiyanın Ed-Dali-dəki qüvvələrə “qabaqlayıcı hücum” təşkil etdiyi vurğulanıb.

O həmçinin bildirib ki, Yəməndəki vəziyyəti müzakirə etmək üçün Riyadda keçiriləcək konfransa qatılması gözlənilən Zübeydi naməlum bir yerə “qaçıb”.

Yəmən Prezident Şurasından verilən yazılı açıqlamada isə CŞK lideri Zübeydi’nin şura üzvlüyünün ləğv edildiyi və onun barəsində hüquqi prosedurların başladığı bildirilib.

Açıqlamada qeyd olunub ki, Yəmən Prezident Şurasının sədri Reşad əl-Alimi tərəfindən qəbul edilən qərara əsasən, Zübeydi barəsində irəli sürülən ittihamlar çərçivəsində baş prokurorluğa təqdim olunaraq vəzifəsindən uzaqlaşdırılıb.

BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasına bağlı qüvvələr 2025-ci ilin dekabr ayının əvvəlində ölkə ərazisinin təxminən yarısını təşkil edən Hadramevt və Mehra vilayətlərini ələ keçirmişdi.

Şuranın yerli, regional və beynəlxalq çağırışlara baxmayaraq geri çəkilməkdən imtina etməsi üzərinə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Legallığı Dəstəkləmə Koalisiyasının dəstəyi ilə başlanan əməliyyatlar çərçivəsində sözügedən vilayətlər yenidən nəzarət altına alınmışdı.

Məqalədə: #Yəmən #Cənub Keçid Şurası (STC) #hərbi qüvvələrin hərəkəti #mülki əhalinin qorunması #hərbi manevrlər #təhlükəsizlik gücləndirilməsi #Milli Qalxan Qüvvələri #Əbdürrəhman əl-Məhrəmi #Əd-Dali vilayəti

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.