6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

Qəzza mövzusu ilə bağlı beynəlxalq yanaşmaların nə qədər həssas, mürəkkəb və çoxşaxəli olduğu artıq hamı tərəfindən qəbul edilən reallıqdır. Bu kontekstdə Azərbaycanın mövqeyi bəzən yanlış təqdim olunur və ya səthi şərh edilir. Halbuki rəsmi Bakının mövcud regional reallıqları nəzərə alaraq sərgilədiyi xətt həm təhlükəsizlik baxımından, həm də diplomatik baxımdan kifayət qədər ölçülüb-biçilmiş bir yanaşmadır.

8 Yanvar 2026 15:52
Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

BAKI, AzerVoice

Qəzza mövzusu ilə bağlı beynəlxalq yanaşmaların nə qədər həssas, mürəkkəb və çoxşaxəli olduğu artıq hamı tərəfindən qəbul edilən reallıqdır. Bu kontekstdə Azərbaycanın mövqeyi bəzən yanlış təqdim olunur və ya səthi şərh edilir. Halbuki rəsmi Bakının mövcud regional reallıqları nəzərə alaraq sərgilədiyi xətt həm təhlükəsizlik baxımından, həm də diplomatik baxımdan kifayət qədər ölçülüb-biçilmiş bir yanaşmadır.

AzerVoice AZƏRTAC-a istinadən məlumat verir ki, bu sözləri açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib.

O bildirib ki, indiki şəraitdə Azərbaycanın Qəzza zolağına ordu və ya sülhməramlı qüvvə göndərməsi son dərəcə riskli addım olardı. Bu risk yalnız Azərbaycan üçün deyil, ümumilikdə bölgəyə hərbi kontingent göndərməyi planlaşdıran bir çox ərəb və müsəlman ölkələri üçün də aktualdır. Çünki regionda real və davamlı sülhdən danışmaq hələ ki, mümkün deyil. Mövcud olan yalnız kövrək və müvəqqəti atəşkəs mexanizmləridir ki, onların da dəfələrlə pozulduğunun şahidi olmuşuq. Belə bir mühitdə heç bir ölkə zəmanət verə bilməz ki, bölgəyə göndərilən sülhməramlı və ya hərbi qüvvələr təxribatların, hücumların və ya daha genişmiqyaslı toqquşmaların hədəfinə çevrilməyəcək. Xüsusilə də Qəzza kimi mürəkkəb və qeyri-sabit bir ərazidə hərbi mövcudluq həm insan itkisi, həm də ciddi siyasi nəticələr doğura bilər. Bu səbəbdən bu tip məsələlərdə tələskən davranmaq, önə çıxmaq və təşəbbüskar rolunda çıxış etmək hər zaman doğru strategiya sayılmır. Azərbaycan hakimiyyəti də bunu yaxşı anlayır. Bəzən ictimai rəy formalaşdırılarkən elə bir təsəvvür yaradılır ki, guya Azərbaycan Qəzza məsələsində passiv mövqe tutur. Halbuki bu yanaşma reallığı əks etdirmir.

“Azərbaycanın Yaxın Şərq siyasəti illərdir ki, dərin, düşünülmüş və tarazlı bir xətt üzərində qurulub. Bu siyasətin əsas sütunlarından biri İslam dünyası ilə həmrəyliyin qorunması, digər tərəfdən isə İsraillə balanslı və praqmatik münasibətlərin saxlanılmasıdır. Məhz bu diplomatik tarazlıq sayəsində Azərbaycan bu gün bölgədə bütün tərəflərlə normal və konstruktiv dialoq apara bilir. Beynəlxalq diplomatiya baxımından bu, kifayət qədər uğurlu və nadir nümunələrdən biridir.

Qəzza məsələsinə konkret yanaşdıqda qeyd etmək lazımdır ki, Azərbaycan ilk gündən etibarən bu mövzuda aktiv mövqe nümayiş etdirib. Hətta bəzi ərəb ölkələri ilə müqayisədə daha prinsipial və ardıcıl davranıb. Azərbaycanın hərbi kontingent göndərməməsi və bunun riskli olduğunu açıq şəkildə bəyan etməsi ölkənin bölgədə sülhdə maraqlı olmadığı anlamına gəlmir. Əksinə, bu mövqe məsuliyyətli və realist yanaşmanın göstəricisidir. Azərbaycanın ümumi xarici siyasət kursu hər zaman sülhə, rifaha və ortaq gələcəyə xidmət edib. Bu kurs həm qonşu ölkələrlə münasibətlərdə, həm İslam dünyası çərçivəsində, həm də İsraillə əlaqələrdə ardıcıl şəkildə davam etdirilir.

Rəsmi Bakının mövqeyinə görə, Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı yalnız mandatın aydın, beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş və təhlükəsizlik baxımından təminatlı olduğu hallarda mümkündür. Qəzza sektorunda isə hazırda belə bir mandat mövcud deyil. Azərbaycan heç bir döyüş əməliyyatına qatılmaq niyyətində deyil və bu mövqe açıq şəkildə ifadə olunur. Bununla yanaşı, Azərbaycan humanitar yardım göstərmək imkanlarını istisna etmir və bu istiqamətdə daha təhlükəsiz və səmərəli mexanizmlərin mövcudluğunu önə çəkir. Ölkə beynəlxalq platformalarda da mövqeyini açıq şəkildə ortaya qoyur. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində hər zaman Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Bu dəstək təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Məhz Azərbaycanın öz maliyyə vəsaiti hesabına Bakıda Fələstin səfirliyi fəaliyyət göstərir ki, bu da ölkənin mövqeyinin praktik ifadəsidir. Bu gün Azərbaycan Fələstinə bir çox ərəb ölkələrinin göstərmədiyi dəstəyi verib və bu danılmaz faktdır”, - deyə R.Hafizoğlu vurğulayıb.

Ekspertin sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatının qabaqcıl üzvi kimi, Azərbaycan hazırda vəziyyəti diplomatik kanallar vasitəsilə diqqətlə izləyir və hesab edir ki, ərəb ölkələrinin daxili və regional problemləri, ilk növbədə, ərəb dövlətlərinin özləri tərəfindən həll edilməlidir. Kənar müdaxilə siyasi maraqlar xatirinə yolverilməzdir, ən azından ona görə ki, onsuz da qan gölünə dönmüş regionu daha da alovlandıra bilər.

“Bu kontekstdə Ərəb Dövlətləri Liqasının, eləcə də Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və digər aparıcı regional aktorların mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Ən azından ona görə ki, yeni olmayan Qəzza münaqişəsində bu ölkələrin tarixi vasitəçilik təcrübələri olub. Xüsusən də Misir və İordaniyanın bu məsələdə tarixi rolu danılmazdır. Rəsmi Bakı da bu ölkələrin hamısı ilə ən üst diplomatik münasibətlərə malikdir”, - deyə Rufiz Hafizoğlu vurğulayıb.

Məqalədə: #Azərbaycan #Bakı #Fələstin #BƏƏ #Qəzza zolağı #BMT #Səudiyyə Ərəbistanı #Rufiz Hafizoğlu #İslam Əməkdaşlıq Təşkilatı #Ərəb Liqası #İordaniya #Qoşulmama Hərəkatı #Yaxın Şərq

Mövzu üzrə digər xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.