12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında sülhün təmin olunması məqsədilə yeni beynəlxalq mexanizmin formalaşdırıldığını açıqlayıb. ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yaydığı bəyanatda Qəzzada Sülh Şurasının yaradıldığını və qurumun üzvlərinin yaxın vaxtlarda açıqlanacağını bildirib. O, bu şuranın indiyədək formalaşdırılmış ən böyük və ən nüfuzlu beynəlxalq qurumlardan biri olacağını vurğulayıb.

16 Yanvar 2026 09:09
Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında sülhün təmin olunması məqsədilə yeni beynəlxalq mexanizmin formalaşdırıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yaydığı bəyanatda Qəzzada Sülh Şurasının yaradıldığını və qurumun üzvlərinin yaxın vaxtlarda açıqlanacağını bildirib. O, bu şuranın indiyədək formalaşdırılmış ən böyük və ən nüfuzlu beynəlxalq qurumlardan biri olacağını vurğulayıb.

Donald Tramp Qəzzada atəşkəs prosesinin artıq ikinci mərhələsinə rəsmi şəkildə keçildiyini qeyd edərək, ilkin mərhələdə hərbi qarşıdurmaların dayandırıldığını və bölgəyə əhəmiyyətli həcmdə humanitar yardımın çatdırıldığını iddia edib.

ABŞ prezidenti Qəzzanın idarə olunması ilə bağlı keçid dövrü üçün texnokrat əsaslı müvəqqəti Fələstin idarəetmə mexanizminin yaradılmasını dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, Sülh Şurasının Ali Nümayəndəsi tərəfindən dəstəklənəcək Qəzza İdarəetməsi Milli Komitəsi adlı yeni Fələstin texnokrat hökuməti bölgənin idarə edilməsində əsas rol oynayacaq. Tramp bu rəhbərliyin sülhə sarsılmaz şəkildə sadiq olduğunu bildirib.

ABŞ lideri çıxışında Türkiyə, Misir və Qətərin dəstəyinə xüsusi diqqət çəkib. O bildirib ki, bu ölkələrin iştirakı ilə Qəzzanın hərbiləşmədən çıxarılması prosesinə start veriləcək. Bu proses çərçivəsində HƏMAS-ın silahlarının tam təhvil verilməsi və bölgədəki bütün tunellərin dağıdılması nəzərdə tutulur.

Donald Tramp bəyanatını Qəzza əhalisinin uzun müddətdir ağır humanitar böhran yaşadığını qeyd edərək yekunlaşdırıb və bölgə üçün sülh mərhələsinin artıq yetişdiyini bildirib.

Məqalədə: #Türkiyə #Türkiye #Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi #ABŞ Qəzza üçün yeni sülh mexanizmi formalaşdırır #Qəzzada atəşkəsin ikinci mərhələsi başlayıb #Tramp Qəzza üçün texnokrat idarəetməni dəstəklədiyini açıqladı #Misir və Qətər Qəzzada sülh prosesinə cəlb olunur #ABŞ Qəzzanın hərbiləşmədən çıxarılmasını planlaşdırır #Trump Gazze’de Barış Kurulu’nun kurulduğunu açıkladı #ABD Gazze için yeni barış sürecini başlatıyor #Gazze’de ateşkesin ikinci aşamasına geçildi #Trump’tan Gazze yönetimiyle ilgili kritik açıklama #Mısır ve Katar Gazze sürecinde #Gazze’nin silahsızlandırılması gündemde

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.