12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Pompeo Qəzza qurbanlarını tarix dərsliklərinə salmamağa çağırıb

ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeonun Qəzza ilə bağlı səsləndirdiyi açıqlamalar beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Mayk Pompeo İsraildə təhlükəsizlik məsələlərinə həsr olunmuş brifinqdə çıxışı zamanı gələcək tarix dərsliklərində Qəzza qurbanları haqqında məlumatların yer almamasının “təmin edilməli” olduğunu bildirib. Onun sözlərinə görə, yeni nəsil zaman keçdikcə Qəzzada baş verənləri fərqli dəyərləndirəcək və tarixin “düzgün şəkildə” yazılması vacibdir.

17 Yanvar 2026 23:08
Pompeo Qəzza qurbanlarını tarix dərsliklərinə salmamağa çağırıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeonun Qəzza ilə bağlı səsləndirdiyi açıqlamalar beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.

AzerVoice xəbər verir ki, Mayk Pompeo İsraildə təhlükəsizlik məsələlərinə həsr olunmuş brifinqdə çıxışı zamanı gələcək tarix dərsliklərində Qəzza qurbanları haqqında məlumatların yer almamasının “təmin edilməli” olduğunu bildirib. Onun sözlərinə görə, yeni nəsil zaman keçdikcə Qəzzada baş verənləri fərqli dəyərləndirəcək və tarixin “düzgün şəkildə” yazılması vacibdir.

Pompeo vurğulayıb ki, tarix kitabları hazırlanarkən Qəzza qurbanlarından bəhs edilməməlidir. O, bununla bağlı “əmin olunmalı” olduğunu xüsusi qeyd edib. Sabiq dövlət katibi çıxışının sonunda Fələstin-İsrail münaqişəsi ilə bağlı “düzgün mövqenin” uşaqlara və nəvələrə hər gün ciddi və düşünülmüş şəkildə izah edilməsinin vacibliyini bildirib.

Bu açıqlamalar Birləşmiş Millətlər Təşkilatının müstəqil beynəlxalq komissiyasının İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları genosid kimi qiymətləndirməsindən sonra səsləndirilib. BMT ekspertlərinin ötən ilin sentyabrında dərc etdiyi hesabatda İsrailin Qəzzada dörd genosid aktı törətdiyi, ölkənin hərbi və siyasi rəhbərliyinin isə bu prosesə təhrik etdiyi bildirilib.

Qeyd olunur ki, Mayk Pompeo 2023-cü ilin noyabrında, İsrailin Qəzzaya qarşı oktyabr hücumlarından bir ay sonra, İsrail ordusunun zərbələrini açıq şəkildə dəstəkləyib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin oktyabrından etibarən İsrailin hərbi əməliyyatları nəticəsində 70 mindən çox fələstinli həlak olub, təxminən 170 min nəfər yaralanıb. Ölənlər arasında BMT-nin fələstinli qaçqınlara yardım agentliyinin əməkdaşları, tibb işçiləri və jurnalistlər də var.

Məqalədə: #Pompeo Qəzza qurbanlarının tarixdən silinməsinə çağırdı #Sabiq ABŞ dövlət katibindən Qəzza ilə bağlı qalmaqallı açıqlama #Pompeo: Tarix dərsliklərində Qəzza qurbanları yazılmamalıdır #Qəzza ilə bağlı Pompeonun bəyanatı beynəlxalq etiraz doğurdu #ABŞ-ın sabiq rəsmisi Qəzza qurbanlarını inkar mövqeyi ilə çıxış etdi #Pompeonun Qəzza açıqlaması BMT hesabatları fonunda #Pompeo’dan Gazze kurbanlarıyla ilgili tartışmalı çağrı #Eski ABD Dışişleri Bakanı Gazze’nin tarihten silinmesini istedi #Pompeo: Tarih kitaplarında Gazze mağdurları yer almamalı #Gazze açıklaması Pompeo’ya tepki getirdi #Pompeo İsrail saldırılarını savunmayı sürdürdü #Gazze konusunda Pompeo’dan skandal sözler

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya

Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir

13:01
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi

09:45

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.