6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Ərəb və İslam ölkələri Qəzza üzrə “Sülh Şurası”na qoşulur

Bir sıra ərəb və İslam ölkələri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə “Sülh Şurası”na qoşulmaq barədə birgə qərar qəbul edib. Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri yaydıqları birgə bəyanatda ölkələrinin “Sülh Şurası”na üzv olmaq qərarını açıqlayıblar. Bildirilib ki, hər bir dövlət üzvlüklə bağlı sənədləri öz milli hüquqi prosedurlarına uyğun şəkildə imzalayacaq. Qeyd edək ki, Misir, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri bu qərarı daha əvvəl elan etmişdi.

21 Yanvar 2026 22:17
Ərəb və İslam ölkələri Qəzza üzrə “Sülh Şurası”na qoşulur
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Bir sıra ərəb və İslam ölkələri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə “Sülh Şurası”na qoşulmaq barədə birgə qərar qəbul edib.

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri yaydıqları birgə bəyanatda ölkələrinin “Sülh Şurası”na üzv olmaq qərarını açıqlayıblar. Bildirilib ki, hər bir dövlət üzvlüklə bağlı sənədləri öz milli hüquqi prosedurlarına uyğun şəkildə imzalayacaq. Qeyd edək ki, Misir, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri bu qərarı daha əvvəl elan etmişdi.

Nazirlər bəyanatda ölkələrinin ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə həyata keçirilən sülh səylərinə dəstəyini bir daha təsdiqləyib və Şuranın Qəzza münaqişəsinin sona çatdırılmasına dair BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə təsdiqlənmiş ümumi plan çərçivəsində keçid mexanizmi kimi fəaliyyətini dəstəkləməyə sadiq olduqlarını vurğulayıblar.

Məlumata görə, “Sülh Şurası”nın əsas məqsədi Qəzzada daimi atəşkəsin təmin olunması, bölgənin bərpasına dəstək verilməsi, həmçinin beynəlxalq hüquqa uyğun şəkildə Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun və dövlət qurmaq haqqının təmin olunmasına əsaslanan ədalətli və davamlı sülhün təşviq edilməsidir. Bu prosesin regionda təhlükəsizlik və sabitliyə yol açacağı qeyd olunur.

Eyni zamanda, Mərakeş Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda ölkə kralı VI Məhəmmədin Donald Trampın “Sülh Şurası”na təsisçi üzv qismində qoşulmaq dəvətini qəbul etdiyini açıqlayıb. Bildirilib ki, Rabat Şuranın təsis sənədlərinin ratifikasiyası istiqamətində zəruri addımlar atacaq.

Məqalədə: #Ərəb və İslam ölkələri Qəzza üzrə Sülh Şurasına qoşulur #Qəzza üçün beynəlxalq Sülh Şurasına səkkiz ölkə üzv oldu #Qəzza münaqişəsi: Ərəb və İslam ölkələrindən birgə sülh addımı #Qəzza üzrə Sülh Şurasına region ölkələrinin dəstəyi genişlənir #Qəzza planı: Ərəb və İslam dövlətləri Trampın təşəbbüsünü dəstəklədi #Qəzza üçün yeni diplomatik mexanizm: Sülh Şurasına üzvlük artır #Arap ve İslam ülkeleri Gazze Barış Konseyine katılıyor #Gazze için Barış Konseyine bölgesel destek büyüyor #Sekiz ülke Gazze Barış Konseyine üyelik kararı aldı #Gazze planında yeni adım: İslam ülkelerinden ortak karar #Gazze Barış Konseyine uluslararası katılım artıyor #Gazze’de kalıcı ateşkes için Barış Konseyi hamlesi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.