14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Kuşner “Yeni Qəzza” planını Sülh Şurasına təqdim edib

ABŞ Prezidentinin müşaviri Cared Kuşner Qəzzanın müharibədən sonrakı bərpasını nəzərdə tutan “Yeni Qəzza” adlı genişmiqyaslı planını Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasına təqdim edib. Kuşnerin təqdim etdiyi plan dörd mərhələdən ibarətdir və 2035-ci ilə qədər Qəzzaya 25 milyard dollardan artıq investisiya cəlb olunmasını nəzərdə tutur. Onun sözlərinə görə, yaxın həftələrdə Vaşinqtonda beynəlxalq donor konfransı keçiriləcək və burada müxtəlif ölkələrin Qəzzanın bərpasına töhfələri elan olunacaq.

23 Yanvar 2026 00:07
Kuşner “Yeni Qəzza” planını Sülh Şurasına təqdim edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ Prezidentinin müşaviri Cared Kuşner Qəzzanın müharibədən sonrakı bərpasını nəzərdə tutan “Yeni Qəzza” adlı genişmiqyaslı planını Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasına təqdim edib.

AzerVoice xəbər verir ki, Kuşnerin təqdim etdiyi plan dörd mərhələdən ibarətdir və 2035-ci ilə qədər Qəzzaya 25 milyard dollardan artıq investisiya cəlb olunmasını nəzərdə tutur. Onun sözlərinə görə, yaxın həftələrdə Vaşinqtonda beynəlxalq donor konfransı keçiriləcək və burada müxtəlif ölkələrin Qəzzanın bərpasına töhfələri elan olunacaq.

Plan çərçivəsində Qəzza zolağında yeni liman və hava limanının inşası, şəhərləri birləşdirəcək dəmir yolu şəbəkəsi, əsas və dairəvi avtomobil yollarının salınması nəzərdə tutulur. Birinci mərhələdə bərpa işlərinin Rəfah və Xan Yunis şəhərlərində aparılması, ikinci mərhələdə Xan Yunisin genişləndirilməsi planlaşdırılır. Üçüncü mərhələdə Qəzzadakı əsas düşərgələrin yenidən qurulması, son mərhələdə isə Qəzza şəhərinin bərpası nəzərdə tutulur.

Kuşnerin təqdimatına əsasən, Qəzzanın sahil zolağının böyük hissəsi çimərlik turizmi üçün ayrılacaq, burada yaşayış və kommersiya məqsədli 180 qüllə inşa ediləcək. Daxili ərazilərdə isə 25 kvadrat kilometr sahəni əhatə edən iri sənaye zonaları, məlumat mərkəzləri və istehsal obyektləri yaradılacaq. Məqsəd on il ərzində Qəzza iqtisadiyyatının həcmini 10 milyard dollardan çox artırmaq və ailələrin orta illik gəlirini 13 min dollardan yuxarı qaldırmaqdır.

Plan çərçivəsində silahsızlaşdırma məsələsinə də toxunulub. Kuşner bildirib ki, ağır silahlar dərhal yığışdırılacaq, yüngül silahların isə bölgələr üzrə Fələstin polisi tərəfindən mərhələli şəkildə toplanması nəzərdə tutulur. Yenidənqurma işləri yalnız tam silahsızlaşdırılan ərazilərdə aparılacaq.

Qeyd edək ki, bu təşəbbüs Donald Tramp administrasiyasının Qəzza müharibəsindən sonrakı mərhələ üçün elan etdiyi strategiyanın tərkib hissəsidir. Planın ilk mərhələsi atəşkəs və əsir mübadiləsini, növbəti mərhələlər isə keçid idarəetmə strukturlarının yaradılmasını, İsrail ordusunun əlavə geri çəkilməsini və bərpa prosesinin başlanmasını nəzərdə tutur.

Bu arada HƏMAS Sülh Şurasına müraciət edərək İsraili atəşkəs razılaşması üzrə öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırıb. Hərəkat bəyan edib ki, razılaşmaya sadiq qalmasına baxmayaraq, İsrailin davamlı pozuntuları humanitar vəziyyəti daha da ağırlaşdırır. HƏMAS Şuranı yardımların daxil olması, sığınacaq təminatı və bərpa işlərinin başlanması üçün məsuliyyət götürməyə çağırıb.

Məqalədə: #Kuşner Yeni Qəzza bərpa planını təqdim etdi #Qəzza üçün 25 milyard dollarlıq yeni plan açıqlandı #Sülh Şurasında Qəzzanın gələcəyi müzakirə olundu #Davosda Qəzzanın bərpası üçün dörd mərhələli plan #ABŞ Qəzza üçün iri infrastruktur layihələri təklif edir #Kuşnerin Yeni Qəzza təşəbbüsü gündəmdə #Kuşner Yeni Gazze planını açıkladı #Gazze için 25 milyar dolarlık yeniden inşa planı #Davos’ta Gazze’nin geleceği masaya yatırıldı #Barış Konseyi’nde Gazze planı sunuldu #ABD’den Gazze için büyük yatırım hamlesi #Kuşner Gazze’nin yeniden inşasını anlattı

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.