10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qətər Livan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə ayıracaq

Qətər hökuməti Livanda elektrik enerjisi sektorunun bərpası, Livan Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi və suriyalı qaçqınların geri qayıdışının təşviqi məqsədilə yüz milyonlarla dollar həcmində sərmayə yatıracağını açıqlayıb. Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xülayfi Beyrutda Livanın baş naziri Nəvaf Salam və prezident Cozef Aun ilə keçirdiyi görüşlərdən sonra bu barədə məlumat verib. Sərmayələr Qətərin İnkişaf Fondu vasitəsilə həyata keçiriləcək.

26 Yanvar 2026 20:57
Qətər Livan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə ayıracaq
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Qətər hökuməti Livanda elektrik enerjisi sektorunun bərpası, Livan Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi və suriyalı qaçqınların geri qayıdışının təşviqi məqsədilə yüz milyonlarla dollar həcmində sərmayə yatıracağını açıqlayıb.

AzerVoice xəbər verir ki, Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xülayfi Beyrutda Livanın baş naziri Nəvaf Salam və prezident Cozef Aun ilə keçirdiyi görüşlərdən sonra bu barədə məlumat verib. Sərmayələr Qətərin İnkişaf Fondu vasitəsilə həyata keçiriləcək.

Nazirin sözlərinə görə, Qətər Livanın elektrik sektoruna 40 milyon dollar qrant, əlavə olaraq isə 360 milyon dollar dəyərində layihə sərmayəsi ayıracaq. Bu layihələrin təxminən 1,5 milyon nəfərin həyat şəraitinə birbaşa müsbət təsir göstərəcəyi bildirilir.

Qətər rəsmisi həmçinin qeyd edib ki, ölkəsi Livandan Suriyaya qaçqınların geri qayıdışına da dəstək verəcək. İlkin mərhələdə 100 min nəfərin geri dönüşü planlaşdırılır və bu proses üçün 20 milyon dollar ayrılacaq. Geri qayıdan qaçqınların yaşayışla təmin ediləcəyi, həmçinin ilk üç ay ərzində ərzaq və dərman xərclərinin qarşılanacağı vurğulanıb. Suriya hökumətinin bu prosesə yardım göstərəcəyi də bildirilib.

Livanın sosial məsələlər naziri Hənən Seyid isə daha əvvəl 2025-ci ildə 500 min suriyalı qaçqının ölkələrinə qayıtdığını açıqlamışdı.

Qətər tərəfi eyni zamanda Livan ordusuna dəstəyin davam etdiriləcəyini bəyan edib. Əl-Xülayfi bildirib ki, Doha Livan Silahlı Qüvvələrini ölkədə təhlükəsizlik və sabitliyin əsas dayağı hesab edir.

Məqalədə: #Katar #Qətər Livanın enerji sektoruna yüz milyonlarla dollar sərmayə yatırır #Qətərdən Livana genişmiqyaslı maliyyə dəstəyi #Livanın elektrik böhranına Qətərdən milyardlıq çıxış #Qətər Livan ordusuna və qaçqınların qayıdışına dəstək verir #Qətər-Livan əməkdaşlığında yeni mərhələ #Qətər Livanın bərpası üçün böyük investisiya planı açıqladı #Katar’dan Lübnan’a yüz milyonlarca dolarlık yatırım #Katar Lübnan’ın elektrik sektörüne destek veriyor #Katar’dan Lübnan ordusuna ve mültecilere destek #Katar-Lübnan iş birliğinde yeni dönem #Katar Lübnan ekonomisine güçlü finansman sağlıyor #Lübnan’daki krize çözüm için dev yatırım açıkladı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.