12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

İsrail ordusu ABŞ Prezidenti Donald Trampın atəşkəs planının ikinci mərhələsinə uyğun olaraq Qəzza zolağındakı "Sarı xətt" boyunca xüsusi toplama məntəqələri yaradıb. Bu məntəqələr HƏMAS-ın öz silahlarını beynəlxalq sabitləşdirmə qüvvələrinə təhvil verməsi üçün nəzərdə tutulub. Planlaşdırılan prosesə əsasən, toplanan silahlar İsrailə daşınaraq orada məhv edilməlidir.

4 Fevral 2026 11:28
İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Nailə Babazadə

İsrail ordusu ABŞ Prezidenti Donald Trampın atəşkəs planının ikinci mərhələsinə uyğun olaraq Qəzza zolağındakı "Sarı xətt" boyunca xüsusi toplama məntəqələri yaradıb.

AzerVoice xəbər verir ki, bu məntəqələr HƏMAS-ın öz silahlarını beynəlxalq sabitləşdirmə qüvvələrinə təhvil verməsi üçün nəzərdə tutulub. Planlaşdırılan prosesə əsasən, toplanan silahlar İsrailə daşınaraq orada məhv edilməlidir.

Lakin İsrail hərbçiləri indiyədək silahların təhvil verilməsi ilə bağlı hər hansı bir əlamətin müşahidə olunmadığını bildiriblər. HƏMAS rəsmiləri isə tərksilah olunmaq və ya silahları təslim etmək barədə razılığa gəldiklərini təkrarən təkzib edirlər. Digər tərəfdən, Qəzzada prosesə nəzarət etməli olan beynəlxalq sabitləşdirmə qüvvələri hələ də bölgəyə yerləşdirilməyib.

İsrail ordusundakı mənbələr Həmasın raket və digər silah istehsalı imkanlarını bərpa etməyə çalışdığını müəyyən ediblər. Kəşfiyyat məlumatlarına görə, qruplaşma atəşkəsdən istifadə edərək tunelləri təmir edir, döyüşçüləri maliyyələşdirir və öz mövqelərini möhkəmləndirir. İsrail ordusunun Baş nazir Benyamin Netanyahuya təqdim etdiyi üç səhifəlik hesabatda Həmasın Qəzzada idarəçiliyini dərinləşdirdiyi və öz üzvlərini dövlət nazirliklərinə, eləcə də təhlükəsizlik aparatlarına inteqrasiya etdiyi qeyd olunur.

Bütün İsrail media qurumlarının yaydığı məlumata görə, ordunun 7-ci zirehli briqadası Qəzzanın cənubunda BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş üzrə Agentliyinin (UNRWA) ədyalları və humanitar yardımları arasında gizlədilmiş böyük miqdarda silah-sursat aşkar edib. Tapılan hərbi ləvazimatlar arasında 110-a yaxın minaatan mərmisi və raketlər yer alıb.

Prezident Donald Tramp HƏMAS-ın tərksilah olacağını iddia etsə də, İsrail təhlükəsizlik rəsmiləri buna şübhə ilə yanaşırlar. Onların fikrincə, HƏMAS idarəçiliyi rəsmən texnokratik hökumətə təhvil versə belə, bölgədə on minlərlə silahlı üzvünü və kadrlarını qoruyub saxlayacaq. İsrail ordusu HƏMAS-ın öz xoşu ilə silahı yerə qoymayacağına inanır və qruplaşmanı tərksilah etmək üçün yenidən hərbi əməliyyatlara başlamağın qaçılmaz ola biləcəyini proqnozlaşdırır.

Məqalədə: #HƏMAS #UNRWA #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #İran və HƏMAS əlaqələri #HƏMAS və İslami Cihad #İsrail və UNRWA gərginliyi #UNRWA fəaliyyət qadağası #HƏMAS-ın mövqeyi #HƏMAS və Qəzzanın gələcəyi #HƏMAS-ın bəyanatı #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın hərbi strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #UNRWA BMT Qəzza mövqeyi

Mövzu üzrə digər xəbərlər

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

16:25
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya

Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir

13:01
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.