14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

HƏMAS blokadanın ləğvini və hüquqların təminini tələb edir

Qəzzanın gələcəyi ilə bağlı müzakirələr İsrailin “təcavüzünün” tam dayandırılması ilə başlamalıdır. Bu barədə Fələstin hərəkatı HƏMAS ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının ilk iclasından sonra bəyan edib. “Qəzza zolağı və Fələstin xalqımızın gələcəyi ilə bağlı müzakirə olunan hər hansı siyasi proses və ya razılaşma İsrailin təcavüzünün tam dayandırılması, blokadanın aradan qaldırılması və xalqımızın qanuni milli hüquqlarının – ilk növbədə azadlıq və öz müqəddəratını təyin etmə hüququnun təmin olunması ilə başlamalıdır.”- HƏMAS cümə axşamı yaydığı açıqlamada qeyd edib.

20 Fevral 2026 14:12
HƏMAS blokadanın ləğvini və hüquqların təminini tələb edir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Qəzzanın gələcəyi ilə bağlı müzakirələr İsrailin “təcavüzünün” tam dayandırılması ilə başlamalıdır.

VOA xəbər verir ki, bu barədə Fələstin hərəkatı HƏMAS ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının ilk iclasından sonra bəyan edib.

“Qəzza zolağı və Fələstin xalqımızın gələcəyi ilə bağlı müzakirə olunan hər hansı siyasi proses və ya razılaşma İsrailin təcavüzünün tam dayandırılması, blokadanın aradan qaldırılması və xalqımızın qanuni milli hüquqlarının – ilk növbədə azadlıq və öz müqəddəratını təyin etmə hüququnun təmin olunması ilə başlamalıdır.”- HƏMAS cümə axşamı yaydığı açıqlamada qeyd edib.

Trampın Sülh Şurası cümə axşamı Vaşinqtonda ilk iclasını keçirib. İsrail ilə HƏMAS arasında dörd aydan artıqdır davam edən kövrək atəşkəs fonunda bir sıra ölkələr Fələstin ərazilərinin bərpası üçün maliyyə və insan resursları ayıracaqlarına söz veriblər.

Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahu bərpa prosesinə başlanmazdan əvvəl HƏMAS-ın silahsızlaşdırılmalı olduğunu bildirib.

“Biz müttəfiqimiz ABŞ ilə razılaşdıq ki, Qəzzanın demilitarizasiyası başa çatmadan bərpa işlərinə başlanmayacaq”, – deyə Netanyahu vurğulayıb.

Netanyahu Vaşinqtondakı iclasda iştirak etməsə də, onu xarici işlər naziri Gideon Saar təmsil edib.

Tramp bildirib ki, bir neçə ölkə Qəzzanın bərpası üçün 7 milyard dollardan çox vəsait ayırmağa hazır olduğunu bəyan edib.

Müsəlman əhalinin çoxluq təşkil etdiyi İndoneziya isə yeni yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrində komandir müavini vəzifəsini icra edəcək. Bu barədə qurumun amerikalı rəhbəri, general-mayor Jasper Ceffers məlumat verib.

Trampın Qəzza ilə bağlı planı ötən ilin noyabrında BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənib. ABŞ Prezidenti əlavə edib ki, beş ölkə – Mərakeş, Qazaxıstan, Kosovo və Albaniya daxil olmaqla – hərbi qüvvə ayırmağa razılıq verib.

Qəzza gələcəyi 2026, HƏMAS bəyanatı, Tramp Sülh Şurası, Qəzza bərpası, Netanyahu silahsızlaşdırma, İsrail HƏMAS atəşkəsi, 7 milyard dollar yardım, Qəzza blokadası, Fələstin milli hüquqları, beynəlxalq sabitləşdirmə qüvvəsi Gazze geleceği 2026, Hamas açıklaması, Trump Barış Kurulu, Gazze yeniden inşa, Netanyahu silahsızlanma şartı, İsrail Hamas ateşkes, 7 milyar dolar yardım, Gazze ablukası, Filistin ulusal hakları, uluslararası güç Gaza future talks 2026, Hamas statement on aggression, Trump Peace Board meeting, Gaza reconstruction fund, Netanyahu demilitarization demand, Israel Hamas ceasefire fragile, 7 billion dollars pledge, Gaza blockade lifting, Palestinian self determination, international stabilization force будущее Газы 2026, заявление ХАМАС, Совет мира Трампа, восстановление Газы, требование демилитаризации Нетаньяху, перемирие Израиль ХАМАС, 7 миллиардов долларов помощь, блокада Газы, права палестинцев, международные силы стабилизации مستقبل غزة 2026, بيان حماس, مجلس السلام ترامب, إعادة إعمار غزة, شرط نزع السلاح نتنياهو, هدنة إسرائيل حماس, 7 مليارات دولار دعم, رفع حصار غزة, حقوق الفلسطينيين, قوة دولية للاستقرار avenir de Gaza 2026, déclaration Hamas, Conseil de paix Trump, reconstruction Gaza, exigence démilitarisation Netanyahu, cessez le feu fragile, aide 7 milliards dollars, levée blocus Gaza, droits palestiniens, force internationale Zukunft von Gaza 2026, Hamas Erklärung, Trump Friedensrat, Wiederaufbau Gaza, Netanjahu Entwaffnung Forderung, Waffenstillstand Israel Hamas, 7 Milliarden Dollar Hilfe, Gaza Blockade, palästinensische Rechte, internationale Stabilisierungskraft futuro de Gaza 2026, declaración Hamas, Junta de Paz Trump, reconstrucción Gaza, desmilitarización Netanyahu, alto el fuego Israel Hamas, ayuda 7 mil millones dólares, bloqueo Gaza, derechos palestinos, fuerza internacional 加沙 未来 2026, 哈马斯 声明, 特朗普 和平委员会, 加沙 重建 资金, 内塔尼亚胡 非军事化 要求, 以色列 哈马斯 停火, 70 亿 美元 援助, 解除 加沙 封锁, 巴勒斯坦 权利, 国际 稳定 部队

Məqalədə: #HƏMAS #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #HƏMAS-ın mövqeyi #HƏMAS-ın Qərb Sahilində yüksəlişi #HƏMAS və Qəzzanın gələcəyi #HƏMAS-ın bəyanatı #HƏMAS və İsrail müharibəsi #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS və İsrail münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.