14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İraqda hava zərbəsi: İranla əlaqəli qruplaşmanın 4 üzvü öldürüldü

BAKI,VOA,Fərid Mikayılov İraqda həyata keçirilən hava zərbələri nəticəsində İranla əlaqəli silahlı qruplaşmanın bir neçə üzvünün öldürüldüyü bildirilib.

10 Mart 2026 14:26
İraqda hava zərbəsi: İranla əlaqəli qruplaşmanın 4 üzvü öldürüldü

BAKI,VOA,Fərid Mikayılov

İraqda həyata keçirilən hava zərbələri nəticəsində İranla əlaqəli silahlı qruplaşmanın bir neçə üzvünün öldürüldüyü bildirilib.

VOA xəbər verir ki, Şimali İraqda İranın dəstəklədiyi və əsasən şiə qüvvələrindən ibarət olan “Xalq Səfərbərlik Qüvvələri” (PMF) ilə əlaqəli “Kətaib İmam Əli” qruplaşması hava hücumları nəticəsində 4 üzvünün öldüyünü, 12 nəfərin isə yaralandığını açıqlayıb.

Qruplaşma hücumun ABŞ tərəfindən həyata keçirildiyini iddia edərək hadisəni “Amerikanın təcavüzü” kimi qiymətləndirib. Zərbənin Kərkük vilayətinin Dibis rayonunda yerləşən mövqelərdən birinə endirildiyi bildirilib.

İraq hökumətinin təhlükəsizlik üzrə informasiya mərkəzi də Kərkükdə baş verən bombardman nəticəsində PMF üzvlərinin öldüyünü təsdiqləyib, lakin hücumun kim tərəfindən həyata keçirildiyini açıqlamayıb.

Hadisə fonunda İranın İnqilab Keşikçiləri Korpusu İraqda yerləşən Əl-Harir hərbi hava bazasına raket zərbəsi endirildiyini bildirib.

Qurumun yaydığı açıqlamada ABŞ hərbçilərinin yerləşdiyi baza istiqamətində beş raketin atıldığı qeyd olunub.

İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında ölkəsinin regiondakı müharibədə istifadə olunan platformaya çevrilməməli olduğunu vurğulayıb.

Sudani bildirib ki, İraqın hava məkanı, ərazisi və suları qonşu ölkələrə qarşı hərbi əməliyyatlar üçün istifadə edilməməlidir.

Yaxın Şərqdə ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra İraqda gərginlik daha da artıb.

Son günlər Bağdad beynəlxalq hava limanı, ABŞ hərbçilərinin yerləşdiyi bazalar, həmçinin neft infrastrukturu və müxtəlif obyektlər dron və raket hücumlarının hədəfinə çevrilib.

Analitiklərin fikrincə, Yaxın Şərqdə genişlənən hərbi qarşıdurma fonunda İraq yenidən ABŞ və İran arasında geosiyasi qarşıdurmanın əsas meydanlarından birinə çevrilir.

Məqalədə: #ABŞ #İraq #Marko Rubio #Hava hücumları

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.