5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn İran hücumlarının qarşısının alındığını açıqlayıb

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İran tərəfindən pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirildiyi bildirilən hücumların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrinə yönələn bir sıra hücumların qarşısının alındığını bildirib.

11 Mart 2026 09:22
Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn İran hücumlarının qarşısının alındığını açıqlayıb

BAKI,VOA, Fərid Mikayılov

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İran tərəfindən pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirildiyi bildirilən hücumların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

VOA xəbər verir ki, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrinə yönələn bir sıra hücumların qarşısının alındığını bildirib.

Məlumata görə, Prins Sultan Hərbi Hava Bazasına doğru buraxılan 6 ballistik raket hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib.

Nazirliyin açıqlamasında həmçinin ölkənin şərqində 1 ballistik raketin və 8 pilotsuz uçuş aparatının, Həfər əl-Batin vilayətində isə 2 pilotsuz uçuş aparatının vurulduğu qeyd olunub.

Bundan başqa, Əl-Hərəc vilayətinin şərqində həyata keçirilən hücum zamanı 5 pilotsuz uçuş aparatı, ölkənin cənub-şərqində yerləşən Şeybə neft yatağı istiqamətində hərəkət edən 7 pilotsuz uçuş aparatı da hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

BƏƏ və Bəhreyn də hücumların qarşısını aldı

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İran ərazisindən ölkəyə doğru buraxılan ballistik raketlərə qarşı hava müdafiə sistemlərinin işə düşdüyünü açıqlayıb.

Nazirlik ölkə ərazisinin və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün təhlükələrə qarşı hazır olduqlarını vurğulayıb.

Bəhreynin Daxili İşlər Nazirliyi isə hücum təhlükəsi səbəbindən ölkədə hava hücumu siqnallarının səsləndiyini bildirib və vətəndaşlara sakit qalaraq ən yaxın təhlükəsiz sığınacaqlara getmək çağırışı edib.

Məqalədə: #İran #Birləşmiş Ərəb Əmirlikləri #Səudiyyə Ərəbistanı #Bəhreyn #Yaxın Şərq

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

22:09
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

20:59
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

20:47

Son Xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.