10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İraq sularında neft tankerlərinə hücum: Bir Hindistan vətəndaşı həlak olub

İraqın ərazi sularında iki neft tankerinə endirilən zərbələr nəticəsində ən azı bir heyət üzvü həyatını itirib. İraqın Limanlar üzrə Baş Şirkətinin rəsmisi Fərxan əl-Fartusi bildirib ki, hücumdan sonra aparılan genişmiqyaslı xilasetmə əməliyyatları nəticəsində tankerlərdəki 51 işçi sağ-salamat təxliyə edilib və onların vəziyyəti hazırda qənaətbəxşdir. Hindistanın Bağdaddakı səfirliyi isə həlak olan şəxsin Hindistan vətəndaşı olduğunu təsdiqləyib. Məlumata görə, hücuma məruz qalan gəmilərdən biri ABŞ-a məxsus olan və Marşall adalarının bayrağı altında üzən "Safesea Vishnu" neft tankeridir.

12 Mart 2026 15:31
İraq sularında neft tankerlərinə hücum: Bir Hindistan vətəndaşı həlak olub

BAKI, VOA, Nailə Babazadə

İraqın ərazi sularında iki neft tankerinə endirilən zərbələr nəticəsində ən azı bir heyət üzvü həyatını itirib. İraqın Limanlar üzrə Baş Şirkətinin rəsmisi Fərxan əl-Fartusi bildirib ki, hücumdan sonra aparılan genişmiqyaslı xilasetmə əməliyyatları nəticəsində tankerlərdəki 51 işçi sağ-salamat təxliyə edilib və onların vəziyyəti hazırda qənaətbəxşdir.

VOA xəbər verir ki, Hindistanın Bağdaddakı səfirliyi isə həlak olan şəxsin Hindistan vətəndaşı olduğunu təsdiqləyib. Məlumata görə, hücuma məruz qalan gəmilərdən biri ABŞ-a məxsus olan və Marşall adalarının bayrağı altında üzən "Safesea Vishnu" neft tankeridir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı verdiyi rəsmi bəyanatda Körfəzin şimal hissəsində Marşall adaları bayrağı altında üzən və ABŞ-a məxsus olduğu iddia edilən bir gəmini vurduqlarını təsdiqləyib. Hindistan səfirliyi qeyd edib ki, "Safesea Vishnu" gəmisi martın 11-də Bəsrə yaxınlığında fəaliyyət göstərərkən hədəf alınıb. Hücum zamanı həyatını itirən Hindistan vətəndaşından başqa, heyətin digər 15 Hindistanlı üzvü uğurla təxliyə edilib və hazırda təhlükəsiz yerdədir. Hindistan tərəfi hadisə ilə bağlı dərin narahatlığını bildirərək, dəniz nəqliyyatının hədəf alınmasını kəskin pisləyib.

Bu hadisə Yaxın Şərqdə davam edən genişmiqyaslı müharibənin dəniz ticarəti və enerji təhlükəsizliyi üçün yaratdığı riskləri bir daha gündəmə gətirib. Tehran rəhbərliyi ABŞ və İsrailin İrana qarşı zərbələrinə cavab olaraq Körfəzdəki gəmiçilik hərəkətlərinə və enerji infrastrukturuna qarşı hücumlarını intensivləşdirib. İraqın neft ixracatı üçün həyati əhəmiyyət kəsb edən Bəsrə limanı yaxınlığında baş verən bu son hücum qlobal neft bazarlarında qeyri-sabitliyi daha da artırıb. Beynəlxalq gəmiçilik şirkətləri bölgədəki təhlükəsizlik vəziyyətini yenidən qiymətləndirərək marşrutlarını dəyişməyə başlayıblar.

Məqalədə: #İraq #Hindistan #Bağdad #İsrail və İran gərginliyi #İsrailin İran hücumu

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.