11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İraq neft tankerlərinin keçidi üçün İranla danışıqlar apardığını bəyan edib

İraqın neft naziri Heyan Əbdülqəni Bağdadın bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verilməsi barədə İranla danışıqlar apardığını açıqlayıb. Rəsmi xəbər agentliyinin çərşənbə axşamı yaydığı məlumata görə, bu addım İraqın öz sularında tankerlərə edilən son hücumlardan sonra xam neft ixracında yaranan fasilələri aradan qaldırmaq məqsədi daşıyır.

17 Mart 2026 12:54
İraq neft tankerlərinin keçidi üçün İranla danışıqlar apardığını bəyan edib

BAKI, VOA, Nailə Babazadə

İraqın neft naziri Heyan Əbdülqəni Bağdadın bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verilməsi barədə İranla danışıqlar apardığını açıqlayıb.

VOA xəbər verir ki, rəsmi xəbər agentliyinin çərşənbə axşamı yaydığı məlumata görə, bu addım İraqın öz sularında tankerlərə edilən son hücumlardan sonra xam neft ixracında yaranan fasilələri aradan qaldırmaq məqsədi daşıyır.

Nazir bazar ertəsi yaydığı video-açıqlamasında İraqın həmçinin neftin Kürdüstan bölgəsindən keçmədən birbaşa Türkiyənin Ceyhan limanına vurulmasını təmin edəcək köhnə boru kəmərinin bərpası üzərində işlədiyini bildirib. O, Kərkükdən birbaşa ixracı bərpa etmək üçün kəmərin 100 kilometrlik hissəsində təftiş işlərinin bir həftə ərzində tamamlanacağını qeyd edib. On ildən artıqdır ki, fəaliyyəti dayandırılmış Kərkük-Ceyhan boru kəmərinin yenidən açılması Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazında gəmiçiliyin ciddi şəkildə pozulduğu bir vaxtda strateji ixrac alternativi hesab olunur.

Bir vaxtlar qlobal neft tədarükünün 0,5 faizini qarşılayan 960 kilometrlik bu kəmər vasitəsilə ixrac 2014-cü ildə İŞİD yaraqlılarının təkrarlanan hücumlarından sonra dayandırılmışdı. Neft Nazirliyi bu marşrutla ixracın ilkin mərhələdə gündəlik 250 min barel ola biləcəyini, Kürdüstan bölgəsindəki yataqlar da daxil edilərsə bu rəqəmin 450 min barelə qədər yüksələcəyini proqnozlaşdırır. Bağdad Kürdüstan boru kəmərindən müvəqqəti marşrut kimi istifadə etməyə çalışsa da, regional hökumətin ixtiyari şərtlər irəli sürdüyünü iddia edərək ixracın qarşısı alınacağı təqdirdə hüquqi addımlar atılacağı barədə xəbərdarlıq edib. Kürd rəsmiləri isə ittihamları rədd edərək ixraca mane olmadıqlarını və Bağdadın regionun neft sektorundakı təhlükəsizlik və iqtisadi problemləri həll etmədiyini bildiriblər.

Məqalədə: #İraq #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #İsrail İran hücumu #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
Yaxın Şərq

İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib

17:39
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

15:44
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20

Son Xəbərlər

Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
17:54
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
17:50
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
17:42
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
17:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.