5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livanın Baş nazirindən ittiham - İran bizi müharibəyə sürükləyib

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin İsrail ilə müharibəyə cəlb olunmasında birbaşa İranı və "Hizbullah" hərəkatını ittiham edib. O, ölkədəki hərbi əməliyyatların birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğunu bəyan edib. Baş nazir Salam telekanallardan birinə verdiyi müsahibədə "Hizbullah"ın Livanı xəbərdarlıq etmədən müharibəyə sürüklədiyini bildirib. Onun sözlərinə görə, fevralın 28-də Əli Xameneinin ölümü ilə əlaqədar başladılan raket hücumları Livanın deyil, İranın maraqlarına xidmət edib. "Bu o deməkdir ki, müharibə bizə zorla qəbul etdirilib" – deyə Baş nazir vurğulayıb.

23 Mart 2026 18:40
Livanın Baş nazirindən ittiham - İran bizi müharibəyə sürükləyib

BAKI, VOA, Orxan Qədirzadə

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin İsrail ilə müharibəyə cəlb olunmasında birbaşa İranı və "Hizbullah" hərəkatını ittiham edib. O, ölkədəki hərbi əməliyyatların birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğunu bəyan edib.

VOA xəbər verir ki, Baş nazir Salam telekanallardan birinə verdiyi müsahibədə "Hizbullah"ın Livanı xəbərdarlıq etmədən müharibəyə sürüklədiyini bildirib. Onun sözlərinə görə, fevralın 28-də Əli Xameneinin ölümü ilə əlaqədar başladılan raket hücumları Livanın deyil, İranın maraqlarına xidmət edib. "Bu o deməkdir ki, müharibə bizə zorla qəbul etdirilib" – deyə Baş nazir vurğulayıb.

Nəvaf Salam İran qüvvələrinin Livanda qanunsuz şəkildə mövcud olduğunu və hərbi əməliyyatları idarə etdiyini təsdiqləyib. O qeyd edib ki, SEPAH nümayəndələri ölkəyə saxta pasportlarla daxil olublar və hazırda bütün koordinasiyanı öz əllərinə alıblar.

Baş nazir həmçinin Kiprdəki Britaniya hərbi bazasına həyata keçirilən dron hücumlarına da toxunub. O, bu aparatların məhz Livan ərazisindən buraxıldığını və hücumun birbaşa İran tərəfindən koordinasiya edildiyini bildirib. Kipr rəsmilərinin daha əvvəl səsləndirdiyi "zərbə Livan ərazisindən endirilib" iddiası bununla da rəsmi Beyrut tərəfindən təsdiqini tapıb.

Xatırladaq ki, Livan hakimiyyəti bu ayın əvvəlində ölkə ərazisində İran İnqilab Keşikçilərinin fəaliyyətini rəsmən qadağan edib. Eyni zamanda "Hizbullah"ın hərbi və təhlükəsizlik fəaliyyətləri dayandırılıb, təşkilata silahlarını dövlətə təhvil vermək barədə çağırış edilib. Baş nazir hökumətin bu qərarların icrasında israrlı olduğunu və Livanın suverenliyini bərpa etmək üçün çalışdıqlarını əlavə edib.

Məqalədə: #Livan Baş naziri Navaf Salam müharibənin İran tərəfindən idarə olunduğunu bəyan edib. #İran İnqilab Keşikçilərinin Livan ərazisinə saxta pasportlarla daxil olduğu üzrə çıxıb. #Hizbullahın Livanı xalqın iradəsi olmadan müharibəyə sürüklədiyi açıqlanıb. #Kiprdəki Britaniya bazasına hücumun Livan ərazisindən edildiyi rəsmən təsdiqlənib. #Beyrut rəsmiləri ölkədəki İran hərbi qüvvələrinin fəaliyyətinə rəsmən qadağa qoyub. #Baş nazir Hizbullahın silahlarını dövlətə təhvil verməsi üçün son çağırışını edib.

Mövzu üzrə digər xəbərlər

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

18:17
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

18:07
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraq

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır

16:55
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
Ərəb turizmi

İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir

15:53

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.