5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu müharibə büdcəsini qəbul etdi

İsrailin Baş naziri Benyamin Netanyahu müharibə fonunda qəbul edilən yeni dövlət büdcəsi ilə bağlı açıqlama verib. Baş nazir qeyd edib ki, büdcə çərçivəsində təhlükəsizlik sahəsinə əlavə təxminən 8,6 milyard ABŞ dolları ayrılıb və bu vəsait ordunun və müdafiə sisteminin gücləndirilməsinə yönəldiləcək.

31 Mart 2026 11:55
Netanyahu müharibə büdcəsini qəbul etdi

BAKI,VOA, Fərid Mikayılov

İsrailin Baş naziri Benyamin Netanyahu müharibə fonunda qəbul edilən yeni dövlət büdcəsi ilə bağlı açıqlama verib.

VOA xəbər verir ki, Netanyahu rəsmi “X” hesabında paylaşdığı məlumatda bildirib ki, yeni büdcə təhlükəsizlik, sosial rifah və iqtisadi inkişaf istiqamətlərində mühüm addımları əhatə edir.

Baş nazir qeyd edib ki, büdcə çərçivəsində təhlükəsizlik sahəsinə əlavə təxminən 8,6 milyard ABŞ dolları ayrılıb və bu vəsait ordunun və müdafiə sisteminin gücləndirilməsinə yönəldiləcək.

Paylaşımda həmçinin Qəzza ətrafı və şimal yaşayış məntəqələrinin bərpası üçün əlavə 1,35 milyard ABŞ dolları, ehtiyatda xidmət edən hərbçilərə isə 1,6 milyard ABŞ dolları dəstək nəzərdə tutulduğu vurğulanıb.

Netanyahu əlavə edib ki, təhsil sektoruna təxminən 1,8 milyard ABŞ dolları, səhiyyə sisteminə isə 1,15 milyard ABŞ dolları əlavə maliyyə ayrılıb. Sosial müdafiə sahəsinə yönəldilən vəsait təxminən 480 milyon ABŞ dolları, nəqliyyat infrastrukturuna isə 2 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.

Bundan başqa, vergi güzəştləri və bank sektorunda rəqabəti artıracaq islahatların həyata keçirilməsi, eləcə də süni intellekt və yüksək texnologiyalar sahəsinə 1,35 milyard ABŞ dolları həcmində investisiya proqramı planlaşdırılır.

Baş nazir bildirib ki, bu büdcə həm təhlükəsizliyin möhkəmləndirilməsinə, həm də ölkənin iqtisadi inkişafının davam etdirilməsinə xidmət edir.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Tel-Əviv #Yaxın Şərq #təhlükəsizlik sahəsi #müdafiə sisteminin gücləndirilməsi #İsrailin Baş naziri

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

21:41
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

20:59

Son Xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.