6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsraildən Məscidül-Əqsanın açılmasını tələb etmişik - Qüdsün Latın Patriarxlığı

Qüdsün Latın patriarxı, kardinal Pyerbattista Pizzaballa və patriarx müavini yepiskop Vilyam Şomali İsrail polisinin dini rituallara qoyduğu məhdudiyyətlərlə bağlı yeni detalları açıqlayıblar. Yepiskop Şomali "Al Jazeera"ya verdiyi müsahibədə bildirib ki, Patriarxlıq İsrail rəsmiləri ilə görüşdə 28 fevraldan – İrana qarşı müharibə başladıqdan bəri qapıları bağlı qalan Məscidül-Əqsanın müsəlmanların üzünə açılmasını tələb edib.

1 Aprel 2026 14:49
İsraildən Məscidül-Əqsanın açılmasını tələb etmişik - Qüdsün Latın Patriarxlığı

BAKI,VOA, Orxan Qədirzadə

Qüdsün Latın patriarxı, kardinal Pyerbattista Pizzaballa və patriarx müavini yepiskop Vilyam Şomali İsrail polisinin dini rituallara qoyduğu məhdudiyyətlərlə bağlı yeni detalları açıqlayıblar.

VOA xəbər verir ki, Yepiskop Şomali "Al Jazeera"ya verdiyi müsahibədə bildirib ki, Patriarxlıq İsrail rəsmiləri ilə görüşdə 28 fevraldan – İrana qarşı müharibə başladıqdan bəri qapıları bağlı qalan Məscidül-Əqsanın müsəlmanların üzünə açılmasını tələb edib.

İsrail hakimiyyətinin qərarına əsasən, Məscidül-Əqsa 15 aprel 2026-cı il tarixinə qədər ibadətə qapalı saxlanılacaq. Bu, 1967-ci ildən bəri müqəddəs məkanın bağlandığı ən uzun müddət kimi qiymətləndirilir. Latın Patriarxlığı bu addımı dünyadakı milyardlarla insanın dini hisslərinə qarşı hörmətsizlik adlandırıb.

Yepiskop Şomali qeyd edib ki, beynəlxalq və regional təzyiqlər nəticəsində İsrail polisi Latın patriarxının Müqəddəs Qəbir kilsəsinə (Kilsə-i Qiyamə) girişinə qoyulan qadağanı ləğv edib. Belə ki, bu cümə axşamından etibarən məhdud sayda din xadiminin kilsədə ibadət etməsinə icazə veriləcək. Xatırladaq ki, ötən bazar günü kardinal Pizzaballa və onu müşayiət edən din xadimləri kilsəyə gedərkən İsrail polisi tərəfindən saxlanılmış və geri qaytarılmışdı.

İsrail tərəfi məhdudiyyətləri müharibə şəraiti və sığınacaqların olmaması ilə əsaslandırsa da, yepiskop Şomali bu bəhanələri rədd edib. O vurğulayıb ki, patriarx xristianlar üçün ilin ən müqəddəs həftəsində duaların kəsilməməsi üçün bütün məsuliyyəti öz üzərinə götürərək ibadətini davam etdirmək qərarına gəlib.

Məqalədə: #Qüdsün Latın Patriarxlığı: Məscidül-Əqsanı müsəlmanların üzünə açın #Qüdsün Latın Patriarxlığı: Məscidül-Əqsanı müsəlmanların üzünə açınSon dəqiqə: İsrail Məscidül-Əqsanı 15 aprelə qədər bağlı saxlayacaq #Kardinal Pizzaballa ilə bağlı qadağa ləğv edildi: Qüdsdə gərgin danışıqlar #Yepiskop Vilyam Şomali: Məscidül-Əqsanın bağlanması dini hisslərin təhqiridir #Qüdsdə dini böhran: Xristian liderlərdən İsrail polisinə sərt etiraz #Müqəddəs Qəbir kilsəsində ibadətə məhdud icazə: Latın Patriarxlığından bəyanat

Mövzu üzrə digər xəbərlər

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.