11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Husilər Babülməndəb boğazını bağlamaqla hədələyir

Husilərin İnformasiya nazirinin müavini Məhəmməd Mənsur bildirib ki, əgər münaqişənin miqyası genişlənərsə və ya Körfəz ölkələri birbaşa hərbi əməliyyatlara qoşularsa, Babülməndəb boğazı tamamilə qapadılacaq.

2 Aprel 2026 12:51
Husilər Babülməndəb boğazını bağlamaqla hədələyir

BAKI,VOA, Orxan Qədirzadə

Husilərin İnformasiya nazirinin müavini Məhəmməd Mənsur bildirib ki, əgər münaqişənin miqyası genişlənərsə və ya Körfəz ölkələri birbaşa hərbi əməliyyatlara qoşularsa, Babülməndəb boğazı tamamilə qapadılacaq.

Ərəbistan yarımadası ilə Afrika buynuzu arasında yerləşən bu boğaz Süveyş kanalı vasitəsilə Avropa və Asiya arasındakı ən qısa dəniz yolunun qapısı hesab olunur. Boğazın bağlanması qlobal iqtisadiyyat üçün fəlakətli nəticələrə yol aça bilər:

Boğazdan hər gün təxminən 5 milyon barel neft (qlobal neft ticarətinin 12%-i) və dünya LNG ticarətinin 8%-i keçir.

Dünyadakı bütün dəniz ticarətinin dörddə biri bu marşrutdan istifadə edir.

Artıq faktiki olaraq qapalı olan Hürmüz boğazından sonra Babülməndəb də bağlansa, qlobal enerji arzı "can damarını" itirmiş olacaq.

Analitiklər xəbərdarlıq edirlər ki, Babülməndəb boğazının qapadılması 2021-ci ildə Süveyş kanalında baş vermiş "Ever Given" gəmi qəzasından daha ağır fəsadlar doğuracaq. O zaman kanalın bir həftəlik blokadası qlobal tədarük zəncirini pozaraq milyardlarla dollar zərərə və qiymət artımına səbəb olmuşdu. İndiki vəziyyətdə isə hərbi müdaxilə və boğazın qeyri-müəyyən müddətə bağlanması qlobal inflyasiyanı idarəolunmaz həddə çatdıra bilər.

Husilərin bəyanatı xüsusilə Səudiyyə Ərəbistanı üçün ciddi təhdiddir. Belə ki, Riyad Hürmüz boğazındakı risklər səbəbindən neft ixracının böyük hissəsini quru boru kəmərləri ilə Yanbu limanına (Qırmızı dəniz sahili) yönəldib və oradan gəmilərlə Babülməndəb vasitəsilə dünya bazarına çıxarır. Boğazın bağlanması bu alternativ marşrutu da mənasız edəcək.

Məqalədə: #Yəmən #Husilər #Husilərdən son dəqiqə hədəsi: Babülməndəb boğazı bağlana bilər #Qlobal enerji böhranı: Babülməndəb boğazı niyə strateji əhəmiyyətə malikdir? #İrandan dəstək alan husilər ABŞ və İsrailə meydan oxuyur: Məsuliyyətimiz var #Boğazların savaşı: Hürmüzdən sonra Babülməndəb də hədəfdədir #2026-cı ilin ən böyük təhdidi: Süveyş kanalına gedən yol bağlansa nə baş verər? #Səudiyyə Ərəbistanı və Körfəz ölkələri üçün təhlükə: Husilərin şərti nədir?

Mövzu üzrə digər xəbərlər

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

10 Sentyabr 20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İordaniya

İran İordaniyadakı ABŞ təyyarələrini vurub

10 Sentyabr 20:16

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.