14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya iqtisadiyyatının 2026-cı ildə 10 faizdən çox böyüməsi gözlənilir

Suriyanın Maliyyə naziri Məhəmməd Yusr Berniyyə ölkə iqtisadiyyatının uzunmüddətli böhrandan sonra rəsmən bərpa və yenidənqurma mərhələsinə qədəm qoyduğunu elan edib. Nazirliyin binasında təşkil edilən mətbuat konfransında çıxış edən Berniyyə, 2026-cı ildə iqtisadi artımın 10 faizdən çox olacağını gözlədiklərini bildirib.

9 Aprel 2026 18:43
Suriya iqtisadiyyatının 2026-cı ildə 10 faizdən çox böyüməsi gözlənilir

BAKI,VOA, Nailə Babazadə

Suriyanın Maliyyə naziri Məhəmməd Yusr Berniyyə ölkə iqtisadiyyatının uzunmüddətli böhrandan sonra rəsmən bərpa və yenidənqurma mərhələsinə qədəm qoyduğunu elan edib.

VOA xəbər verir ki, nazirliyin binasında təşkil edilən mətbuat konfransında çıxış edən Berniyyə, 2026-cı ildə iqtisadi artımın 10 faizdən çox olacağını gözlədiklərini bildirib.

Nazir şəffaflığın təmin edilməsi və vətəndaşların dövlət maliyyəsini daha asan başa düşməsi üçün 2026-cı il büdcəsinin "vətəndaş versiyası"nın yayımlandığını diqqətə çatdırıb. Bu sənəd maliyyə ilinin əsas hədəflərini sadə dildə izah edir. Proqnozlara görə, 2026-cı ildə dövlət gəlirləri 958,8 milyard, xərcləri isə 1156,7 milyard yeni Suriya lirəsi (təxminən 10,5 milyard dollar) təşkil edəcək.

Büdcə xərclərinin strukturuna dair məlumat verən nazir bildirib ki, vəsaitlərin 27 faizi investisiya layihələrinə, 60 faizi cari xərclərə, 13 faizi isə sosial müdafiə və subsidiyalara yönəldiləcək. Gəlir hissəsində isə vergi və rüsumlar 50 faiz, neft və qaz sektoru 28 faiz, digər mənbələr isə 22 faiz paya malik olacaq. Berniyyə vurğulayıb ki, hökumət yeni vergi artımı planlaşdırmır və mövcud sistemi investorlar üçün daha sadə formaya salmağı hədəfləyir.

İşçilərin rifahının yaxşılaşdırılması məqsədilə maaş islahatlarının davam etdirildiyi qeyd olunub. Yeni sistemə əsasən, çalışanlara ildə iki dəfə artım veriləcək ki, bunlardan biri inflyasiyaya, digəri isə iş performansına əsaslanacaq. Nazir həmçinin səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin artırılmasını prioritet elan edib. Suriyanın artıq xarici investisiyalar üçün cəlbedici məkana çevrildiyini deyən Berniyyə, özəl sektorun gücləndirilməsi və yoxsulluqla mübarizə strategiyasının tətbiqi istiqamətində işlərin sürətləndiyini əlavə edib.

Məqalədə: #Suriya #Suriya xəbərləri #Suriya siyasi həll #Məhəmməd Yusr Berniyyə

Mövzu üzrə digər xəbərlər

İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya

İordaniya Ərəb Əmək Konfransına sədrlik edir

13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
İraq

İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub

12:55
İsrailin müdafiə naziri Livanın cənubu ilə bağlı hədələyici açıqlama verib
Yaxın Şərq

İsrailin müdafiə naziri Livanın cənubu ilə bağlı hədələyici açıqlama verib

12:24

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.