7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Son 24 saat ərzində Livanın cənubunda 200-dən çox hava hücumu həyata keçirdik - İsrail ordusu

İsrail ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı başlatdığı hərbi əməliyyatların miqyasını kəskin şəkildə genişləndirib. Son 24 saat ərzində bölgədə 200-dən çox hədəfə intensiv hava zərbələri endirilib. İsrail hərbi komandanlığının yaydığı məlumata görə, bu hücumlar əsasən quru qoşunlarının irəliləməsinə şərait yaratmaq məqsədilə həyata keçirilir. Hədəflər arasında raket qurğuları, silah anbarları və strateji infrastruktur obyektlərinin olduğu bildirilir.

11 Aprel 2026 18:30
Son 24 saat ərzində Livanın cənubunda 200-dən çox hava hücumu həyata keçirdik - İsrail ordusu

BAKI,VOA, Nailə Babazadə

İsrail ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı başlatdığı hərbi əməliyyatların miqyasını kəskin şəkildə genişləndirib. Son 24 saat ərzində bölgədə 200-dən çox hədəfə intensiv hava zərbələri endirilib.

VOA xəbər verir ki, İsrail hərbi komandanlığının yaydığı məlumata görə, bu hücumlar əsasən quru qoşunlarının irəliləməsinə şərait yaratmaq məqsədilə həyata keçirilir. Hədəflər arasında raket qurğuları, silah anbarları və strateji infrastruktur obyektlərinin olduğu bildirilir.

Müharibənin mülki əhali üzərindəki təsiri fəlakətli həddə çatıb. Livan Səhiyyə Nazirliyinin rəsmi hesabatına görə, mart ayının əvvəlindən bəri davam edən bombardmanlar nəticəsində həyatını itirənlərin sayı 1953 nəfərə yüksəlib. Yaralıların sayı isə on minlərlə ölçülür.

Ölkədaxili köç dalğası da rekord həddə çatıb. Livan hökuməti ev-eşiyindən didərgin düşən məcburi köçkünlərin sayının 1 milyon 162 mini keçdiyini bəyan edib. Bu, ölkə əhalisinin təxminən dörddə birinin sığınacaqlara və ya daha təhlükəsiz hesab edilən şimal bölgələrinə üz tutması deməkdir.

Livandakı qanlı döyüşlər davam edərkən, Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında aparılan sülh danışıqlarında Livan məsələsi əsas müzakirə mövzularından biri kimi qalır. İran tərəfi hər hansı bir sülh sazişinin mütləq şəkildə Livanı da əhatə etməsini və orada atəşkəsin təmin olunmasını tələb edir.

Buna baxmayaraq, İsrail və ABŞ nümayəndələri Livan əməliyyatlarının İranla aparılan danışıqlardan ayrı bir proses olduğunu müdafiə edirlər. Beynəlxalq müşahidəçilər İslamabaddakı diplomatik cəhdlərin uğurlu olacağı təqdirdə Livan cəbhəsində də gərginliyin azalacağını ehtimal etsələr də, hələlik bölgədə silahlar susmaq bilmir.

Məqalədə: #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan İsrail gərginliyi #Livan İsrail münasibətləri #İsrail–Livan gərginliyi

Mövzu üzrə digər xəbərlər

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub
Livan

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

3 Sentyabr 18:19
Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb
Livan

Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb

15 Avqust 18:41
İsrail qüvvələri Livanın cənubunda irəliləyib
Livan

İsrail qüvvələri Livanın cənubunda irəliləyib

8 Avqust 18:05
İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu
Türkiyə

İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu

26 İyul 15:56

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.